--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Aysel Əlibəyli 03 İyul 2026 · 16:48 1096 baxış

Almaniyanın keçmiş kansleri Angela Merkel üçün aylarla davam edən məxfi yaradıcılıq prosesi nəticəsində hazırlanan yeni portret ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.

Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Almaniyanın sabiq kansleri Angela Merkelin uzun müddət gizli saxlanılan yeni portreti ictimaiyyətə təqdim edilib. Aylarla davam edən xüsusi yaradıcılıq prosesi nəticəsində ərsəyə gələn əsər incəsənət və siyasi dairələrdə böyük maraq doğurub.Portretin müəllifi cəmi 28 yaşlı fransız-alman rəssamı Jeremi Keyrasdır. Məlumata görə, rəssam və 71 yaşlı Angela Merkel əsərin hazırlanması müddətində Berlinin hökumət məhəlləsində yerləşən studiyada mütəmadi olaraq gizli görüşlər keçiriblər. Seanslar zamanı onlar müxtəlif mövzularda söhbətlər edib, bəzən səssizliyə qərq olub, bəzən isə növbə ilə seçdikləri klassik musiqi əsərlərini dinləyiblər.Angela Merkel bu yaradıcı prosesi “kiçik macəra” kimi qiymətləndirib. Məhz həmin aylarla davam edən görüşlərin nəticəsində hazırlanan tablo bu həftə Berlinin məşhur neobarokko üslublu Bode Muzeyində ailə üzvləri, yaxın dostları və incəsənət tənqidçilərinin iştirakı ilə ilk dəfə nümayiş olunub.Portret həm bədii üslubu, həm də hazırlanma prosesi ilə diqqət çəkərək ziyarətçilərin və sənətsevərlərin marağına səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabunçuda 19 kiloqram marixuana dövriyyədən çıxarıldı

Next Article

Ağdamda ağır qəza: 6 nəfər yaralandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Cəbiş müəllim” obrazının reklamda istifadəsi narazılıq doğurdu

Aysel Əlibəyli 31 İyul 2026 · 18:30 1062 baxış Süni intellekt vasitəsilə hazırlanmış reklam çarxında Azərbaycanın məşhur film obrazlarından biri olan “Cəbiş müəllim”in istifadəsi ictimai müzakirələrə səbəb olub. Elpress.az xəbər verir ki, “Rabitəbank” tərəfindən yayımlanan […]

Şuşada DOST Evi benefisiarları üçün xüsusi tədbir keçirilib

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:38 1056 baxış “Şuşada bir gün” proqramında sərgi, master-klas və ekskursiyalar təşkil olunub Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf […]

BDU-nun elmi göstəriciləri yüksəlib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:51 1064 baxış Bakı Dövlət Universitetinin H-indeksi 78-ə çatıb, elmi əsərlərə istinadlar artıb Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq elmi platformalardakı göstəricilərində son illərdə əhəmiyyətli artım […]