--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Şuşada DOST Evi benefisiarları üçün xüsusi tədbir keçirilib

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:38 1058 baxış

“Şuşada bir gün” proqramında sərgi, master-klas və ekskursiyalar təşkil olunub

Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi şöbəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şuşada “Şuşada bir gün” adlı tədbir keçirilib.Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən tədbirdə Qarabağ DOST Evinin həssas kateqoriyalardan olan benefisiarları, onların valideynləri və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak ediblər.Proqram çərçivəsində uşaq və gənclərin hazırladığı əl işlərindən ibarət sərgi nümayiş etdirilib. İştirakçılar təsviri incəsənət, bədii oyma, toxuma və tikmə üzrə təşkil olunan master-klaslara qatılaraq müxtəlif praktiki bacarıqlar əldə ediblər.Tədbirin davamında Üzeyir Hacıbəylinin ev-muzeyinə və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına ekskursiyalar təşkil olunub. Həmçinin iştirakçılar Şuşanın mərkəzi meydanı ilə tanış olmaq məqsədilə infoturda iştirak ediblər.Proqramın sonunda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ucarda zibil poliqonunda yanğın

Next Article

Qaradağda 4 mindən çox qəlyan tütünü aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Lətif Kərimovun 120 illiyi Vyanada qeyd olundu

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 16:41 1056 baxış Görkəmli xalçaçı-rəssam və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyi münasibətilə Avstriyanın paytaxtı Vyanada Azərbaycan xalçalarından ibarət xüsusi sərgi təşkil olunub. Elpress.az xəbər verir ki, Azərbaycan […]

Görkəmli şair Çingiz Əlioğlu vəfat edib

Aysel Əlibəyli 09 Avqust 2026 · 17:28 1086 baxış Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan görkəmli şair Çingiz Əlioğlu vəfat edib. Elpress.az xəbər verir ki, şairin vəfatı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Xəbər ədəbiyyat və […]

Akademik Musiqili Teatrda yubiley tamaşası nümayiş etdirilib

Aysel Əlibəyli 16 İyul 2026 · 14:02 1080 baxış Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik […]

Nazir Xalq artistini evində ziyarət etdi

Aysel Əlibəyli 31 İyul 2026 · 12:13 1068 baxış Adil Kərimli 96 yaşlı bəstəkar Tofiq Bakıxanovla görüşüb Elpress.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli 30 iyul tarixində Xalq artisti, görkəmli bəstəkar və pedaqoq Tofiq […]