--:--:-- | 21 Avqust 2026, Cümə
Son Xəbər
Yüklənir...

Sabunçuda 19 kiloqram marixuana dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 03 İyul 2026 · 14:51 1056 baxış

Sabunçu rayonunda polis əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb, iki nəfər məsuliyyətə cəlb edilib.

Elpress.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat uğurla nəticələnib. Əməliyyat zamanı narkotik vasitələrin qanunsuz daşınması və yayılmasında şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıblar.Araşdırmalar zamanı saxlanılan şəxslərin üzərindən və onlara məxsus əşyalardan ümumilikdə 19 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. İstintaqla müəyyən edilib ki, onlar narkotik vasitələri müxtəlif ünvanlara çatdırmaq və paytaxt ərazisində qanunsuz satışını təşkil etmək niyyətində olublar.Faktla bağlı cinayət işi başlanılıb. Toplanmış materiallar məhkəməyə təqdim edilib və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanları cinayət əməlinin digər mümkün iştirakçılarının müəyyən olunması istiqamətində araşdırmaları davam etdirirlər.Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 195 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

Next Article

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-də güclü zəlzələ qeydə alınıb.

Aysel Əlibəyli 03 İyun 2026 · 19:55 1148 baxış ABŞ-nin Oreqon ştatının sahilləri yaxınlığında güclü zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.Yeraltı təkanların maqnitudası 5,7-yə qədər yüksəlib və seysmoloqlar bunu potensial […]

Gəncədə avaralıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 11:59 1032 baxış Gəncənin Atatürk prospektində sakinlərin narahatlığına DİN-dən cavab: Ötən həftə 46 nəfər saxlanılaraq rayonlarına göndərilib Elpress.az xəbər verir ki, Gəncə şəhərinin Atatürk prospektində bəzi şəxslərin vətəndaşlara yaxınlaşaraq […]

Tehranda istehsalat obyektində yanğın: 1 ölü, 5 yaralı

Aysel Əlibəyli 09 Avqust 2026 · 11:30 1016 baxış Elpress.az xəbər verir ki, İranın Tehran əyalətində yerləşən Nəsirabad sənaye şəhərciyində istehsalat obyektlərindən birində güclü yanğın baş verib. Hadisə alışqan və alışqan qazı istehsal olunan müəssisədə […]