Azərbaycanın U-21 futbol millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu qələbə ilə yekunlaşdırıb.
Elpress.az xəbər verir ki, yığmamız B qrupunda Cəbəllütariq komandası ilə qarşılaşıb.
Masazırda baş tutan görüşdə futbolçularımız rəqib qapısından üç top keçiriblər. Matç Azərbaycan millisinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qarşılaşmada hesab 8-ci dəqiqədə Nihad Əhmədzadənin qolu ilə açılıb. İlk hissənin sonlarına yaxın, 43-cü dəqiqədə Ağadadaş Salyanski fərqi artırıb. O, 51-ci dəqiqədə daha bir dəfə fərqlənərək görüşün yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, Azərbaycan U-21 millisi seçmə mərhələdə keçirdiyi 10 oyundan sonra 10 xal toplayaraq B qrupunda 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, B qrupunda ümumilikdə 6 komanda mübarizə aparır.


