--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

BDU-nun elmi göstəriciləri yüksəlib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:51 1078 baxış

Bakı Dövlət Universitetinin H-indeksi 78-ə çatıb, elmi əsərlərə istinadlar artıb

Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq elmi platformalardakı göstəricilərində son illərdə əhəmiyyətli artım qeydə alınıb. “Clarivate Analytics”in məlumatlarına əsasən, BDU-nun H-indeksi hazırda 78 təşkil edir. Müqayisə üçün, bu göstərici 2018-ci ildə 35, 2023-cü ildə isə 52 olub.Universitetin elmi fəaliyyətinin digər əsas göstəricilərindən biri olan istinadların orta sayı da yüksələrək 10,95-ə çatıb. “Web of Science” elmi bazasında yer alan nüfuzlu jurnallarda BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən ümumilikdə 5258 elmi məqalə dərc edilib.Həmin elmi əsərlərə indiyədək təxminən 58 min istinad verilib. İstinadların sayında son illərdə ardıcıl artım müşahidə olunub. Belə ki, 2023-cü ildə 29 min olan istinad sayı 2024-cü ildə 37 minə yüksəlib, hazırda isə 58 minə yaxınlaşıb.Universitetdə elmi infrastrukturun inkişafı, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və yeni tədqiqat istiqamətlərinin yaradılması BDU-nun beynəlxalq elmi nüfuzunun artmasına təsir edən əsas amillər sırasında göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azad edilmiş ərazilərdə minaaxtaran itlərdən istifadə olunacaq

Next Article

SOCAR və “CNOOC” əməkdaşlıq memorandumu imzalayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı jurnalistlər druz şəhərinə səfər ediblər

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:24 1052 baxış İsraildə media turunda iştirak edən jurnalistlər Hurfeişdə druz icmasının nümayəndəsi ilə görüşüblər Elpress.az xəbər verir ki, İsraildə təşkil olunan media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin […]

ADMİU beynəlxalq əməkdaşlığını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:25 1080 baxış Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq mübadilə və innovasiya proqramlarını yeni mərhələyə keçirir. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) beynəlxalq akademik əlaqələrin […]

Bakı beynəlxalq qobelen sənətinə ev sahibliyi edir

Aysel Əlibəyli 09 İyun 2026 · 12:49 1203 baxış Bakıda qobelen və tekstil sənətinə həsr olunmuş beynəlxalq müsabiqə-sərgi açılıb. Elpress.az xəbər verir ki, “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı layihənin açılış mərasimi Şirvanşahlar Sarayında […]