--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ağdamda ağır qəza: 6 nəfər yaralandı

Aysel Əlibəyli 03 İyul 2026 · 16:52 1088 baxış

Ağdam rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, Ağdam rayonunda ciddi yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bərdə–Ağdam–Xankəndi avtomobil yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.İlkin məlumata əsasən, 99 UA 251 dövlət qeydiyyat nişanlı “Renault Laguna” markalı minik avtomobili hərəkətdə olarkən qarşı istiqamətdən gələn QAZ markalı yük avtomobili ilə toqquşub. Toqquşmanın təsirindən hər iki nəqliyyat vasitəsində olan ümumilikdə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadalarının köməyi ilə Bərdə Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıblar. Həkimlərin verdiyi məlumata görə, xəsarət alanlardan üçünün vəziyyəti ağır qiymətləndirilir və onların müalicəsi davam etdirilir.Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Next Article

“Latsio” müdafiə xəttini yeni transferlə gücləndirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tovuzda kişi suvarma kanalında boğulub

Aysel Əlibəyli 15 İyun 2026 · 18:08 1136 baxış Tovuz rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib. Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə rayonun Düz Cırdaxan kəndi ərazisində bir […]

Həkəri çayında 77 gün əvvəl batan şəxsin meyiti tapılıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:21 1078 baxış Zəngilanın Ağalı kəndində çayda batan 64 yaşlı kişinin cəsədi FHN xilasediciləri tərəfindən sudan çıxarılıb Elpress.az xəbər verir ki, 2026-cı il iyulun 4-də Həkəri çayının Zəngilan rayonunun […]

Rusiyadan Azərbaycana iki təqsirləndirilən şəxs ekstradisiya olunub

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:33 1058 baxış Hərbi xidmətdən yayınma və dələduzluqda şübhəli bilinən şəxslər Azərbaycana gətirilib Elpress.az xəbər verir ki, Rusiya ərazisində saxlanılan iki Azərbaycan vətəndaşı istintaq tədbirlərinin davam etdirilməsi üçün ölkəyə […]