Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları ölkə rəhbərliyinin gündəminə çıxıb.
Elpress.az xəbər verir ki, prezident Emmanuel Makron yaranmış vəziyyəti müzakirə etmək üçün Yelisey sarayında hökumət üzvlərinin iştirakı ilə təcili müşavirə keçirəcək.
Toplantıda Baş nazir Sebastyen Lekornyu və milli təhsil naziri Eduar Jefrenin də iştirakı gözlənilir. Görüşün çərşənbə axşamı axşam saatlarında keçirilməsi planlaşdırılıb.
Fransada şagirdlərin etirazları sentyabrın 21-dən etibarən Paris ətrafında başlayıb. Aksiyaların əsas səbəbləri arasında müəllim çatışmazlığı, dərs saatlarının uzunluğu, məktəb binalarının vəziyyəti və siniflərdə şagird sayının çox olması göstərilir.
Etirazlar son günlər daha da gərginləşib. Bəzi aksiyalar zamanı polis və nümayişçilər arasında qarşıdurmalar yaşanıb, ayrı-ayrı məktəblərin girişləri bağlanıb.
Hadisələr zamanı polis müdaxiləsinin xarakteri ilə bağlı da müzakirələr gündəmə gəlib. Son aksiyalarda bir neçə yeniyetmənin xəsarət aldığı bildirilir.


