--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“Cəbiş müəllim” obrazının reklamda istifadəsi narazılıq doğurdu

Aysel Əlibəyli 31 İyul 2026 · 18:30 1090 baxış

Süni intellekt vasitəsilə hazırlanmış reklam çarxında Azərbaycanın məşhur film obrazlarından biri olan “Cəbiş müəllim”in istifadəsi ictimai müzakirələrə səbəb olub.

Elpress.az xəbər verir ki, “Rabitəbank” tərəfindən yayımlanan reklam çarxında “Bizim Cəbiş müəllim” filminin məşhur obrazından istifadə edilməsi müəllif hüquqları və mədəni irsə münasibət baxımından tənqid olunub.

Mərhum Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova bildirib ki, reklam hazırlanarkən ailə ilə heç bir əlaqə saxlanılmayıb və obrazın istifadəsi üçün razılıq alınmayıb. Onun sözlərinə görə, “Cəbiş müəllim” Azərbaycan kinosunun unudulmaz simvollarından biridir və bu cür kommersiya məqsədli istifadəsi məyusedicidir.

Sevil Ələsgərova vurğulayıb ki, belə hallarda müəlliflərin və hüquq varislərinin razılığı alınmalı, milli-mədəni irsə daha həssas yanaşılmalıdır.

Qeyd edək ki, məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur və reklam çarxı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əli Hacıdan yeni şeir: “Qapım açıq qalıb, gətir qəmini…”

Next Article

“Port Baku” yaşayış kompleksində baş verən yanğın söndürüldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 19:25 1096 baxış 17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə şəhərdə musiqi və rəqs proqramı təqdim edilib. Elpress.az xəbər verir ki, konsert Mirzə Uluqbəy adına 1 nömrəli tam orta […]

Qaxda ilk kitab sərgisi start götürüb

Aysel Əlibəyli 30 May 2026 · 17:48 1190 baxış Qax şəhərindəki “İçəribazar” kompleksində “Oxu, Qax” devizi altında Birinci Qax Kitab Sərgisinin açılışı olub. İki gün davam edəcək sərgi Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkilatçılığı və bir […]

Ana dili milli kimliyin əsas dayağıdır

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:09 1090 baxış Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir Elpress.az xəbər verir ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətdə düzgün istifadəsinin təmin olunması dövlət siyasətinin […]