--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Korrupsiya barədə məlumat verənlərə mükafat ödəniləcək

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 15:53 1024 baxış

Korrupsiya hallarının aşkarlanmasına kömək edən şəxslərin maddi həvəsləndirilməsi ilə bağlı yeni mexanizmin yaradılması təklif olunur. Belə şəxslərə müəyyən edilmiş qaydalar çərçivəsində mükafat veriləcək və həmin vəsait gəlir vergisinə cəlb olunmayacaq.

Elpress.az xəbər verir ki, bu müddəalar Milli Məclisdə müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, təqdim edilən məlumat təsdiqləndiyi halda məlumat verən şəxsə təşkilatın vəsaiti hesabına 10 iş günü ərzində mükafat ödənilməsi nəzərdə tutulur. Büdcə təşkilatlarında isə ödəniş həmin qurumların saxlanılması xərcləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçiriləcək.

Mükafatın məbləği minimum əməkhaqqının 25 misli həddini keçə bilməz. Ödəniş müəyyən edilərkən hüquqpozmanın xarakteri, aşkar edilən faktların sayı, məlumatın əhəmiyyəti, vurulmuş zərərin və dövlətə qaytarılmış aktivlərin həcmi nəzərə alınacaq.

Qanun layihəsində daha bir maliyyə mexanizmi də nəzərdə tutulur. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edildiyi və yekun qərarın qanunvericilikdə müəyyən edilmiş qaydada çıxarıldığı hallarda, müsadirə olunmuş əmlak və ya vəsait hesabına dövlətə ödənilən məbləğin, yaxud təmin edilmiş maddi ziyanın 5 faizi məlumatı təqdim edən şəxsə veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qara dənizdə azərbaycanlı kapitan həlak oldu

Next Article

İlham Əliyev Böyük Britaniyanın ticarət nazirini qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda avtobus daşımalarında yeni sistem tətbiq olunur

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 18:20 1058 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda müntəzəm sərnişin daşımalarında yeni maliyyələşmə modelinin tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli qərarı ilə təsdiqlənən qaydalara […]

Bakıda bu yollarda nəqliyyat sıxlığı müşahidə olunur

Aysel Əlibəyli 02 İyul 2026 · 08:55 1094 baxış Elpress.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi […]

Bakıda Beynəlxalq Minatəmizləmə Konfransının son paneli keçirilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:37 1048 baxış Livan, Kamboca, Bosniya və Herseqovina və Serbiyanın mina təhlükəsi ilə mübarizə təcrübəsi təqdim olunub Elpress.az xəbər verir ki, Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında “Təhlükəsiz yaşayış […]