Elpress.az xəbər verir ki, şair Əli Hacı Ağaevli böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə yeni poetik əsər təqdim edib.
“Uca, Nəsiminin şərəfinə” adlanan şeirdə Nəsimi yaradıcılığının əsas motivləri, insanın mənəvi dünyası, haqq və həqiqət axtarışı, ilahi eşq və əzmkarlıq poetik ifadəsini tapıb.
Şeiri təqdim edirik:
Uca, Nəsiminin şərəfinə
Haqq gəlib,haqqa gedirəm
Əlifdən lal,halımdan bəy !
Göstərdim Allah üzünü,
Bələkdə ye,kəfəndə hay !
Mim zəbəri mum eylədim,
Tabımla Adəm eşqinə !
Həvvənıda zat eylədim,
Təkliyimin qəm eşqinə !
Dal eylədim hər istəyi,
Ha yaşadım Musa kimi !
Qaf eyləyib öz dağımı,
Ya asıldım İsa kimi !
Fənimi bir fənd eylədim,
Zəli oldum zalımlara !
Bəni,bəlkənin üzünə
Səbir tutdum zalımlara !
Cəhənnəmi cənnət edib,
Dal qoymadım səyə qala !
A zəbəri özüm bildim,
Ze zəbərə ayə qala !
Əli Hacı Ağaevli


