--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“Qarabağ KOB-ları” layihəsində yeni təlimlər başa çatıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:09 1078 baxış

55 nəfər peşə təlimlərini tamamlayaraq sertifikat əldə edib

Elpress.az xəbər verir ki, “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb. Təlimlər müxtəlif dövlət və özəl qurumların təşkilatçılığı və maliyyə dəstəyi ilə həyata keçirilib.Bakı və Gəncə şəhərləri, həmçinin Abşeron, Şəmkir və Füzuli rayonlarından layihəyə cəlb olunan 55 nəfər təlim proqramını uğurla tamamlayıb. İştirakçılar şəhid ailələrinin üzvləri, müharibə veteranları və onların ailə üzvlərindən ibarət olub. Onlara təlimləri uğurla başa vurduqlarını təsdiqləyən sertifikatlar təqdim edilib.Növbəti mərhələdə iştirakçıların özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır. Təqdim etdikləri biznes planlarına uyğun olaraq onlara zəruri avadanlıqlar veriləcək və kiçik və orta biznes subyektlərinin yaradılmasına dəstək göstəriləcək.Artıq dörd ildir həyata keçirilən layihənin əsas məqsədi şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, sosial-iqtisadi rifahlarının yaxşılaşdırılması və yeni biznes imkanlarının yaradılmasına şərait yaratmaqdır.Layihə eyni zamanda işğaldan azad edilmiş ərazilərdə və ətraf rayonlarda müxtəlif peşə və xidmət sahələri üzrə yerli kadr potensialının gücləndirilməsinə və əhalinin məşğulluğunun artırılmasına yönəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

COP31 iştirakçılarına viza proseduru sadələşdiriləcək

Next Article

İlham Əliyev yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah sosial ödənişlər tam şəkildə həyata keçirilir

Aysel Əlibəyli 23 İyun 2026 · 15:26 1168 baxış Sabah ölkə üzrə bütün sosial yardımlar və müavinətlər vətəndaşlara tam həcmdə ödəniləcək. Aidiyyəti qurumlar tərəfindən ödənişlərin vaxtında və fasiləsiz şəkildə həyata keçirilməsi təmin olunacaq, benefisiarların hesablarına […]

Yerli ekspertizanın investisiyalarda rolu müzakirə olunub

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:38 1148 baxış Bakıda keçirilən paneldə xarici kapitalın yerli səriştə və texnologiyaların inkişafına təsiri müzakirə edilib Elpress.az xəbər verir ki, Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində yerli ekspertizanın […]

Azərbaycan Anaklia limanına maraq göstərir

Aysel Əlibəyli 13 İyul 2026 · 11:55 1174 baxış Gürcüstanın strateji əhəmiyyət daşıyan Anaklia dərin dəniz limanı Azərbaycanın da maraq göstərdiyi beynəlxalq layihələrdən biri kimi qiymətləndirilir. Elpress.az xəbər verir ki, Bu barədə Gürcüstanın iqtisadiyyat və […]

Bitcoin 62 min dolları geridə qoydu

Aysel Əlibəyli 11 İyun 2026 · 08:03 1152 baxış Kriptovalyuta bazarında son günlər müşahidə olunan geriləmədən sonra yenidən artım tendensiyası qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 […]