--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bitcoin 62 min dolları geridə qoydu

Aysel Əlibəyli 11 İyun 2026 · 08:03 1160 baxış

Kriptovalyuta bazarında son günlər müşahidə olunan geriləmədən sonra yenidən artım tendensiyası qeydə alınıb.

Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saat ərzində 0,82 faiz artaraq 2,14 trilyon dollara yüksəlib.Bazarın aparıcı aktivi olan Bitcoinin qiyməti sutka ərzində 1,34 faiz bahalaşaraq 62 323 dollara çatıb. Bununla belə, kriptovalyuta son bir həftədə 3,12 faiz dəyər itirib.Ethereum da müsbət dinamika nümayiş etdirərək 0,84 faiz artımla 1 644 dollara yüksəlib. Lakin bu aktiv üzrə həftəlik azalma 9,02 faiz təşkil edib. BNB isə son 24 saatda 0,95 faiz bahalaşsa da, həftəlik müqayisədə 4,3 faiz ucuzlaşıb.Qızıla bağlı rəqəmsal aktivlərdə isə eniş davam edib. PAX Gold (PAXG) 4 069 dollara, Tether Gold (XAUt) isə 4 062 dollara qədər geriləyib.İnvestorların bazara münasibətini əks etdirən “Fear & Greed Index” göstəricisi 15 bənd səviyyəsində qərarlaşıb. Bu isə bazarda güclü ehtiyatlılıq və narahatlığın hökm sürdüyünü göstərir.Mütəxəssislərin fikrincə, qısamüddətli alışlar bazara müəyyən dəstək versə də, qlobal iqtisadi qeyri-müəyyənliklər və geosiyasi gərginliklər riskli aktivlərə marağın tam bərpa olunmasına mane olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Oman körfəzində tankerə ABŞ zərbəsi

Next Article

Qubada bədbəxt hadisə: 74 yaşlı kişi həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

bölgələrdə 20%-dək endirim

Aysel Əlibəyli 01 İyul 2026 · 12:10 1116 baxış Qeyri-sabit hava istirahət bazarını dəyişdi: turist azalması qiymətləri aşağı saldı Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti turizm sektoruna da təsir […]

Rusiyanın Honq Konqa qızıl ixracı rekord vurub

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:22 1086 baxış İlin ilk yeddi ayında Rusiyadan Honq Konqa 100 ton qızıl göndərilib Elpress.az xəbər verir ki, Rusiyadan Honq Konqa qızıl tədarükünün həcmi 2026-cı ilin ilk yeddi ayında […]

AMB investisiya şirkətinin vəzifəli şəxsinə 500 manat cərimə kəsib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:54 1094 baxış “CFI Financial İnvestisiya Şirkəti”ndə aparılan yoxlama zamanı korporativ idarəetmə qaydalarının pozulduğu müəyyənləşib Elpress.az xəbər verir ki, “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb […]