--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan Anaklia limanına maraq göstərir

Aysel Əlibəyli 13 İyul 2026 · 11:55 1148 baxış

Gürcüstanın strateji əhəmiyyət daşıyan Anaklia dərin dəniz limanı Azərbaycanın da maraq göstərdiyi beynəlxalq layihələrdən biri kimi qiymətləndirilir.

Elpress.az xəbər verir ki, Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili “Rustavi 2” telekanalına müsahibəsində bildirib.Nazirin sözlərinə görə, Anaklia limanına Mərkəzi Asiya ölkələri, Çin, Azərbaycan və Gürcüstanın digər tərəfdaşları, eləcə də Qərb şirkətləri böyük maraq göstərirlər. O qeyd edib ki, düzgün yanaşma və beynəlxalq əməkdaşlıq sayəsində limana yük axınlarının cəlb olunması mümkün olacaq.Kvrivişvili vurğulayıb ki, Anaklia limanı Gürcüstan üçün strateji əhəmiyyət daşıyır və hökumətin qərarına əsasən, obyekt dövlətin mülkiyyətində qalacaq. Dövlət limanın inkişafını təmin edəcək və müxtəlif tərəfdaş ölkələrin maraqlarını birləşdirən əməkdaşlıq platforması formalaşdıracaq.Qeyd edək ki, Anaklia limanı “landlord” modeli əsasında inşa olunacaq. Layihəyə ümumilikdə 1,1 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident: Təhlükəsizlik təhdidləri regionumuz üçün realdır

Next Article

Prezident: Cənubi Qafqazda vəziyyət köklü şəkildə dəyişib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

Aysel Əlibəyli 15 İyul 2026 · 17:52 1126 baxış “AzerGold” QSC IV Şuşa Qlobal Media Forumu çərçivəsində qızıl və gümüş məhsullarından ibarət xüsusi kolleksiyalarını nümayiş etdirib. Elpress.az xəbər verir ki, Forum iştirakçılarına şirkətin fəaliyyəti və […]

Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi

Aysel Əlibəyli 14 İyul 2026 · 14:28 1118 baxış Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyul ayının pensiyalarının ödənişini həyata keçirib Elpress.az xəbər verir ki , Respublikanın digər bölgələri və güzəştli […]

Neft qiymətləri həftəyə artımla başladı

Aysel Əlibəyli 13 İyul 2026 · 12:02 1106 baxış Dünya bazarlarında neftin qiymətində yeni həftənin ilk günündə bahalaşma müşahidə olunub. Elpress.az xəbər verir ki, Beynəlxalq enerji bazarlarında neft qiymətləri yüksəliş nümayiş etdirib.Hazırda “Brent” markalı neftin […]

Ətin qiyməti bahalaşıb

Aysel Əlibəyli 29 İyul 2026 · 11:56 1090 baxış Paytaxtda sümüksüz mal əti və quzu ətinin qiymətində son bir ayda artım müşahidə olunur. Elpress.az xəbər verir ki, Paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən ət satışı mağazalarında […]