Azərbaycan İnvestisiya Holdinqinin ictimaiyyətlə əlaqələr istiqamətində vəzifə dəyişikliyi olub.
Elpress.az xəbər verir ki, Liya Bayramova Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni müdiri təyin edilib.
Bundan əvvəl bu vəzifəni icra edən Leyla Sarabi fəaliyyətini “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də davam etdirəcək. O, sözügedən şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbər təyin olunub.
Sarabi AİH-dəki vəzifəsinə bu ilin yanvarında başlamışdı. Daha əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib.


