--:--:-- | 26 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Nazir müavini: Azərbaycan regional əlaqələr üçün platformadır

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:07 1026 baxış

Elnur Məmmədov: Azərbaycanın nəqliyyat və rəqəmsal infrastrukturu yeni investisiya imkanları yaradır

Elpress.az xəbər verir ki, Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal infrastrukturu ölkənin daha geniş regionla iqtisadi əlaqələr qurmasına və yeni investisiyaların cəlb edilməsinə imkan yaradır.Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panelində çıxışı zamanı bildirib.Nazir müavininin sözlərinə görə, qlobal miqyasda baş verən müxtəlif pozuntular ayrı-ayrı regionlarda təchizat zəncirlərinə və qiymətlərə təsir göstərir. Belə şəraitdə rəqəmsal və nəqliyyat dəhlizləri Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsi baxımından əlavə imkanlar yaradır.O qeyd edib ki, rəqəmsal dəhlizin əhəmiyyəti yalnız tranzit imkanları ilə məhdudlaşmır. Bu istiqamət iqtisadiyyatlar və ərzaq bazarları arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, investisiya, sənaye, enerji və rəqəmsal bağlantılar üçün də yeni imkanlar formalaşdırır.Elnur Məmmədov Azərbaycanın biznes üçün yalnız daxili bazar imkanları təqdim etmədiyini, eyni zamanda daha geniş regionla əlaqələr baxımından platforma rolunu oynadığını vurğulayıb. Onun sözlərinə əsasən, enerji və rəqəmsal infrastruktur, nəqliyyat, logistika və qabaqcıl texnologiyalar investisiya və təcrübənin cəlb oluna biləcəyi əsas istiqamətlərdəndir.Bildirilib ki, Azərbaycanın tranzit yükdaşımalarının ümumi həcmi 2024-cü ildə təxminən 14,5 milyon ton təşkil edib. Bu göstərici 2019-cu illə müqayisədə təxminən 2,5 dəfə çoxdur.Həmçinin qeyd olunub ki, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində xəttin illik yükdaşıma imkanının 5 milyon tona çatdırılması gözlənilir. Bu isə gələcəkdə nəqliyyat daşımalarının həcminin artırılmasına şərait yarada bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lənkəranda 3 yaşlı uşaq döyülüb

Next Article

50 və 64 nömrəli avtobusların marşrutu dəyişdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan neftinin qiymətində kəskin artım qeydə alındı

Aysel Əlibəyli 30 İyul 2026 · 12:06 1086 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Elpress.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin dəyəri əvvəlki ticarət sessiyası ilə müqayisədə 6,97 ABŞ […]

Mərkəzi Bank bu günün valyuta məzənnələrini açıqlayıb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 09:16 1030 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı sentyabrın 8-i üçün əsas xarici valyutaların manata nisbətdə rəsmi məzənnələrini müəyyənləşdirib.ABŞ dollarının məzənnəsi əvvəlki göstərici ilə müqayisədə dəyişməyərək 1,7000 […]