--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan və Dünya Bankı əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:48 1062 baxış

Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib. İndiyədək birgə həyata keçirilən layihələrin ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyi qeyd olunub.Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını da nəzərdən keçiriblər. Dayanıqlı şəhər inkişafı, yaşıl enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə olunması əsas əməkdaşlıq sahələri kimi diqqətə çatdırılıb.Görüşdə Azərbaycan və Dünya Bankı arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri, həmçinin gələcəkdə həyata keçirilə biləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.Görüşdə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Brent” ucuzlaşıb, “WTI” bahalaşıb

Next Article

Şükürbəyliyə növbəti köç karvanı yola düşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan neftinin qiyməti 124,14 dollara düşüb

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 11:04 1112 baxış Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiymətində azalma qeydə alınıb. Elpress.az xəbər verir ki, neftin qiyməti 3,73 dollar və ya 2,91% ucuzlaşaraq 124,14 […]

Prezidentdən Auditorlar Palatasının əməkdaşlarına təltif

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 12:10 1096 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri və əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin […]

G7 neft ehtiyatlarının bir hissəsini bazara çıxaracaq

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 08:55 1086 baxış “Böyük yeddilik” ölkələri qlobal enerji bazarında qiymət artımının və dalğalanmaların qarşısını almaq üçün əlavə neft ehtiyatlarının satışa çıxarılması barədə qərar qəbul edib. Elpress.az xəbər verir ki, […]

Azərbaycanın çay ixracı artıb

Aysel Əlibəyli 20 İyul 2026 · 16:55 1148 baxış İlin ilk yarısında Azərbaycanın çay ixracı 24 faizə yaxın artıb Elpress.az xəbər verir ki, Bu ilin yanvar–iyun aylarında Azərbaycandan 437,2 ton çay ixrac edilib. Dövlət Gömrük […]