Bakının Nizami rayonunda məktəblilər arasında baş verən insident ölümlə nəticələnib.
Elpress.az xəbər verir ki, hadisə məktəblərdən birinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, 9-cu sinifdə təhsil alan yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Ağır xəsarət alan şagird həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən 2012-ci il təvəllüdlü yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisənin səbəbləri və digər hallar araşdırılır.


