--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Mingəçevirdə 198 min litr qeydiyyatsız pivə aşkarlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:09 1166 baxış

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi nəzarət tədbirləri zamanı Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkarlanıb.

Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin apardığı təhlil və monitorinqlər nəticəsində Mingəçevir şəhərində yerləşən istehsal obyektində pivənin rəsmi uçotdan kənar istehsal edilməsi və qeyri-rəsmi dövriyyəyə buraxılması ilə bağlı şübhələr müəyyən olunub.Keçirilən operativ nəzarət tədbirləri zamanı fərdi sahibkar Xəyyam Tağıyevin təsərrüfat subyektini vergi orqanlarında qeydiyyata almadan fəaliyyət göstərdiyi üzə çıxıb. Yoxlama zamanı istehsal sahəsi və anbarlardan ümumilikdə 198 min litr hazır pivə məhsulu, qablaşdırma üçün nəzərdə tutulmuş çoxsaylı çəlləklər, eləcə də mənşəyini təsdiq edən sənədləri olmayan 14 ton arpa səmənisi, 300 kiloqram pivə mayası və 2 tondan artıq digər istehsal xammalı aşkarlanıb.Aşkar olunan faktlar qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşdirilib və məsələ ilə bağlı müvafiq hüquqi tədbirlərin görüldüyü bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Media eksperti: Prezidentə yüksək etimadın əsas səbəbləri açıqlanıb

Next Article

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan əhalisinin sayı artdı

Aysel Əlibəyli 21 İyul 2026 · 14:53 1088 baxış Ölkə əhalisi 10 milyon 271 min 638 nəfərə çatdı Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il iyunun 1-nə Azərbaycanın əhalisinin sayı ilin […]

Azərbaycanın enerji rolu daha da güclənəcək

Aysel Əlibəyli 06 İyun 2026 · 14:12 1184 baxış Enerji keçidi bir gecədə baş verə bilməz, bu proses zaman, planlı yanaşma və dayanıqlı infrastruktur tələb edir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Rusiyadakı səfiri […]

Qızıl yenidən bahalaşdı

Aysel Əlibəyli 27 İyul 2026 · 12:06 1084 baxış Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb Elpress.az xəbər verir ki, Dünya birjalarında qızıl və gümüşün qiymətində növbəti artım qeydə alınıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın […]

Gömrükdə silah-sursat və strateji mallar üçün yeni qaydalar

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:37 1072 baxış Prezidentin yeni Fərmanı: Silah-sursat, fövqəladə hal malları və xüsusi yüklərin gömrük rəsmiləşdirilməsi sadələşdirilir Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə imzaladığı […]