--:--:-- | 26 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalanıb

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:33 1012 baxış

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb

Elpress.az xəbər verir ki, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb.Forum müxtəlif ölkələrin dövlət nümayəndələrini, qlobal investorları, beynəlxalq maliyyə institutlarını, beyin mərkəzlərini və biznes liderlərini bir araya gətirib.“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə qlobal iqtisadi proseslər, investisiya imkanları və regional əməkdaşlığın perspektivləri müzakirə olunub.Müzakirələr zamanı Azərbaycanın regional bağlantı imkanları, Orta Dəhlizin inkişafı, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik kimi istiqamətlərə diqqət yetirilib.İmzalanan 23 sənəd süni intellekt, enerji, bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatı daxil olmaqla müxtəlif sahələr üzrə layihələri əhatə edir.Bakı Enerji Həftəsi çərçivəsində iyun ayında elan olunan layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə investisiya layihələrinin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatır.Layihələrin həyata keçirilməsinin iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiya və innovasiyaların tətbiqinə, əlavə dəyərin yaradılmasına və məşğulluğun artırılmasına töhfə verməsi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əli Əsədov Suriya rəsmisi ilə görüşdü – əməkdaşlığın yeni istiqamətləri müzakirə edildi

Next Article

Milli Məclis komissiyasından Türkiyə ilə bağlı informasiya kampaniyası açıqlaması

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvan reyslərində gecikmələrin səbəbi açıqlandı – AZAL

Aysel Əlibəyli 13 İyun 2026 · 21:43 1110 baxış AZAL Naxçıvan istiqamətində bəzi reyslərdə dəyişiklik edildiyini açıqlayıb. AZAL mətbuat xidmətinin yaydığı məlumata əsasən, Naxçıvan istiqamətində həyata keçirilən bəzi reyslər əlverişsiz və qeyri-sabit hava şəraiti səbəbindən […]

Azərbaycanın enerji rolu daha da güclənəcək

Aysel Əlibəyli 06 İyun 2026 · 14:12 1172 baxış Enerji keçidi bir gecədə baş verə bilməz, bu proses zaman, planlı yanaşma və dayanıqlı infrastruktur tələb edir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Rusiyadakı səfiri […]

Qlobal bazarlarda qızıl bahalaşıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:25 1056 baxış Qlobal əmtəə bazarlarında qızıl, gümüş və misin qiyməti artıb, platin isə ucuzlaşıb. Elpress.az xəbər verir ki, Qlobal əmtəə bazarlarında qiymətli metallar üzrə ticarət qarışıq dinamika ilə […]

Dünya birjalarında neftin qiymətində artım qeydə alınıb.

Aysel Əlibəyli 10 Avqust 2026 · 09:38 1056 baxış Elpress.az xəbər verir ki, Londonun ICE qitələrarası birjasında “Brent” markalı neftin 2026-cı ilin oktyabr ayı üzrə fyuçerslərinin qiyməti 0,39% artaraq 1 barel üçün 83,88 ABŞ dolları […]