--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakı-Ankara münasibətlərinə kölgə salmaq cəhdləri nəticəsiz qalır

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 19:33 1012 baxış

Azərbaycan-Türkiyə münasibətləri illər ərzində formalaşmış möhkəm siyasi, strateji və mənəvi bağlar üzərində inkişaf edir. İki ölkənin “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan əlaqələri müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi ilə müşayiət olunur.

Elpress.az xəbər verir ki, son dövrlərdə sosial şəbəkələrdə Azərbaycanla Türkiyə arasında guya fikir ayrılığı və ya böhran yaşandığı barədə müxtəlif iddialar yayılır. Bu cür məlumatların iki ölkə arasında münasibətlərə dair yanlış təsəvvür yaratmağa xidmət etdiyi bildirilir.

Rəsmi açıqlamalar isə bunun əksini göstərir. Sentyabrın 1-də Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə iki ölkə arasındakı münasibətlərin qardaşlıq və strateji müttəfiqlik üzərində qurulduğu vurğulanıb. Dövlət başçıları əlaqələrin bütün istiqamətlərdə daha da genişləndirilməsini və “Bir millət, iki dövlət” prinsipi əsasında qarşılıqlı dəstəyin davam etdirilməsini qeyd ediblər.

Sentyabr ayında Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıya səfəri zamanı da Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Görüşlərdə enerji, nəqliyyat, iqtisadiyyat və regional məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Beləliklə, sosial mediada yayılan ayrı-ayrı iddialardan asılı olmayaraq, iki ölkə arasında mövcud strateji müttəfiqlik münasibətləri qarşılıqlı siyasi iradə və yüksək səviyyəli əlaqələrlə davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AİH-nin ictimaiyyətlə əlaqələr strukturunda dəyişiklik

Next Article

BDU ilə Qobustan qoruğu arasında yeni əməkdaşlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezidentdən sülh mesajı: “Bu gün nəticələri hiss edirik”

Aysel Əlibəyli 02 İyul 2026 · 00:07 1124 baxış Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuata bəyanatında Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha […]

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:48 1156 baxış Medianın İnkişafı Agentliyində İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Medianın İnkişafı Agentliyində (MEDİA) […]