--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Yasamalda uşaq bağçası ilə bağlı iddia araşdırılır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 17:44 1092 baxış

Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasına gedən azyaşlının səhhətində və davranışında dəyişiklik müşahidə olunması ilə bağlı yayılan məlumatlar araşdırılır.


Elpress.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara əsasən, uşağın tibbi müayinələri zamanı qanında psixotrop dərman aşkarlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, məsələ dərhal nəzarətə götürülüb. Azyaşlının valideynləri Komitəyə dəvət olunaraq onlardan ətraflı məlumat alınıb.
Faktın hərtərəfli və obyektiv araşdırılması, həmçinin uşağın hüquq və mənafelərinin qorunması məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər göndərilib.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən araşdırma və zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericiliyə əsasən müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məsələ ilə bağlı araşdırma aparıldığını və hüquq-mühafizə orqanlarına müraciət edildiyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukraynanın Qara dəniz limanları blokadaya düşüb

Next Article

ADY dəmir yolu xətlərini xüsusi diaqnostika qatarı ilə yoxlayır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Messi və Ronaldo dünya çempionatı ilə vidalaşdı

Aysel Əlibəyli 20 İyul 2026 · 17:15 1170 baxış Messi və Ronaldo mundial karyeralarını emosional şəkildə başa vurdu Elpress.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatı futbol tarixinin ən yaddaqalan anlarından birinə şahidlik edib.Lionel Messi […]

“Sea Breeze”də 4 yaşlı uşaq faciəli şəkildə həyatını itirdi

Aysel Əlibəyli 15 Avqust 2026 · 06:25 1070 baxış Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində faciə baş verib. Elpress.az xəbər verir ki, “112” qaynar telefon xəttinə istirahət mərkəzinin hovuzunda azyaşlı uşağın […]

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qarşı oynamaq çətindir

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:34 1068 baxış Conni Brom: “Ümid edirəm, uğurlu nəticə qazanacağıq” Elpress.az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Qarabağ”ın qonağı olacaq “Tvente”nin baş məşqçisi Conni Brom […]