--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

ADY dəmir yolu xətlərini xüsusi diaqnostika qatarı ilə yoxlayır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 18:02 1078 baxış

Azərbaycan Dəmir Yolları QSC (ADY) dəmir yolu infrastrukturunun təhlükəsizliyini təmin etmək məqsədilə xətlərin texniki vəziyyətini mütəmadi olaraq yoxlayır.


Elpress.az xəbər verir ki, müasir diaqnostika sistemləri ilə təchiz edilmiş xüsusi qatar vasitəsilə relslər arasındakı məsafə, relslərin səviyyəsi, şpallar və bərkidicilərin vəziyyəti nəzarətdə saxlanılır.
Elektrikləşdirilmiş xətlərdə kontakt şəbəkəsinin texniki vəziyyəti də xüsusi avadanlıqlar vasitəsilə yoxlanılır. Ultrasəs aşkarlama sistemi ilə təchiz edilmiş diaqnostika qatarı dəmir yolu infrastrukturuna ayda iki dəfə kompleks baxış keçirir.
Yoxlamalar zamanı hər hansı qüsur və ya uyğunsuzluq aşkarlandıqda, onun dəqiq yeri aidiyyəti mütəxəssislərə bildirilir. Daha sonra əraziyə baxış keçirilir və problemin xarakterindən asılı olaraq relslərin dəyişdirilməsi, xəttin həndəsi parametrlərinin bərpası, ballast qatının yenilənməsi və digər texniki işlər görülür.
ADY bildirir ki, diaqnostika qatarının fəaliyyəti mümkün nasazlıqların erkən mərhələdə aşkarlanmasına və operativ şəkildə aradan qaldırılmasına, nəticədə qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yasamalda uşaq bağçası ilə bağlı iddia araşdırılır

Next Article

Azərbaycan və NATO minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB və Belarus səfirliyi arasında görüş keçirilib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:03 1072 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə Belarus Respublikasının Azərbaycandakı Səfirliyi arasında görüş keçirilib. Elpress.az xəbər verir ki, görüşdə TƏBİB-in icraçı direktoru Anar Bayramov, Belarusun Azərbaycandakı […]

Anar Bayramov səhiyyə naziri təyin edildi

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 11:41 1026 baxış Azərbaycanda səhiyyə sisteminin idarə olunmasında yeni təyinat həyata keçirilib. Anar Bayramov səhiyyə naziri vəzifəsinə gətirilib. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb. Qeyd […]

Sabah 3 rayonda qaz təchizatında fasilə olacaq

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:35 1054 baxış Bakının Xətai, Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.Elpress.az xəbər verir ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və […]