--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Şəhid ailələrini aldadan sabiq məmura 9 il həbs cəzası verildi

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 19:02 1012 baxış

Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Elpress.az APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmə zərərçəkmiş şəxslərin mülki iddialarını da təmin edib və təqsirləndirilən şəxsin dəymiş ziyanı ödəməsi barədə qərar qəbul edib.

İttihama əsasən, Tural Məmmədov Şəki Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışarkən onlara müxtəlif vədlər verib. O, şəhid ailələrini və müharibə iştirakçılarını çoxmənzilli binalardan mənzillə təmin etməyə, eləcə də müharibə iştirakçılarının ailə üzvləri üçün işlə bağlı texniki avadanlıqlar əldə etməyə kömək edəcəyini bildirib.

İstintaq materiallarına görə, sabiq şöbə müdiri avtomobillə təmin olunmağa kömək edəcəyini vəd etməklə də həmin şəxslərdən müxtəlif məbləğlərdə pul alıb. Ona təkrar dələduzluq və külli miqdarda rüşvət alma ilə bağlı ittihamlar irəli sürülüb.

Tural Məmmədov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dövlət əleyhinə çağırışlarla bağlı 7 nəfər beynəlxalq axtarışa verildi

Next Article

Alyona Əliyeva Luca Minnellinin konsertindən fotolar paylaşdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hərbçiləri aldadaraq pul alan şəxslərdən biri həbs edilib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:33 1070 baxış Müayinə nəticələrinə təsir göstərəcəklərini vəd edən sabiq hərbçilər hakim qarşısına çıxarılıb Elpress.az xəbər verir ki, Hərbi qulluqçuların tibbi müayinə nəticələrinə müdaxilə edə biləcəklərini vəd edərək onlardan […]

Lökbatanda səhər saatlarında vulkan püskürməsi baş verdi

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 08:48 1078 baxış Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanında püskürmə baş verib. Elpress.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, püskürmə […]

Qubada yol çökdü: hərəkət və əlaqə kəsildi

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:31 1072 baxış Qubada yolun bir hissəsinin çökməsi nəqliyyatın hərəkətinə ciddi maneə yaradıb. Hadisə nəticəsində yolun çökmüş hissəsindən keçid mümkün olmayıb və ərazidə qarşı tərəfə gediş-gəliş dayanıb. Hadisə ilə […]