--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Sea Breeze”də 4 yaşlı uşaq faciəli şəkildə həyatını itirdi

Aysel Əlibəyli 15 Avqust 2026 · 06:25 1052 baxış

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində faciə baş verib.

Elpress.az xəbər verir ki, “112” qaynar telefon xəttinə istirahət mərkəzinin hovuzunda azyaşlı uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.Məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xilasetmə qüvvələri cəlb edilib.Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən operativ tədbirlər həyata keçirilib. Uşağın xilas edilməsi üçün reanimatoloji müdaxilələr də aparılıb.Lakin görülən tədbirlərə baxmayaraq, 2022-ci il təvəllüdlü azyaşlının həyatını xilas etmək mümkün olmayıb.Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Faciənin başvermə səbəbləri və hadisənin digər detalları araşdırmanın nəticələrinə uyğun olaraq müəyyənləşdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qubada 4,9 maqnitudalı zəlzələ qeydə alındı

Next Article

Məktəbli formalarında endirim başladı – yeni qiymətlər AÇIQLANDI

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gəncədə 10 manatlıq mübahisə qətlə səbəb oldu

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:32 1066 baxış Gəncədə 15 yaşlı tələbənin qətli üzrə məhkəmə prosesi başa çatdı Elpress.az xəbər verir ki, Gəncədə 15 yaşlı Tunarın qətli ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü […]

Bərdədə açıq sahədə yanğın baş verib

Aysel Əlibəyli 06 Avqust 2026 · 15:06 1052 baxış Bərdənin Zümürxan kəndində yanğın: Quru otluq sahə yandı, tikililər mühafizə olundu Elpress.az xəbər verir ki, Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib. Fövqəladə […]

Goranboyda avtomobil qəzaya düşüb

Aysel Əlibəyli 28 İyul 2026 · 14:06 1060 baxış Bakı-Qazax magistralında baş verən qəzada iki nəfər xəsarət alıb Elpress.az xəbər verir ki, Goranboy rayonunda “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. […]

Sabirabad xəstəxanasının sabiq direktoruna 186 min manatlıq ittiham

Aysel Əlibəyli 28 İyul 2026 · 18:20 1048 baxış Sabirabad Rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Həsən Hüseynovun külli miqdarda mənimsəmə ittihamı üzrə cinayət işi məhkəmə baxışına çıxarılır. Elpress.az xəbər verir ki, istintaqın materiallarına əsasən, Həsən […]