--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Yasamaldakı partlayışın təfərrüatı açıqlandı: Ölən və yaralananlar var

Aysel Əlibəyli 04 İyul 2026 · 14:36 1114 baxış

Elpress.az xəbər verir ki, Bakının Yasamal rayonunda baş verən partlayışla bağlı yeni məlumatlar açıqlanıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə Ümid Ələkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb.

Partlayışdan sonra başlayan yanğın əraziyə cəlb olunan yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində qısa müddətdə lokallaşdırılaraq tam söndürülüb.Hadisə zamanı ümumi sahəsi 250 kvadratmetr olan yaşayış evinin birinci mərtəbəsindəki iki otaq 50 kvadratmetr sahədə yanaraq yararsız vəziyyətə düşüb.

Partlayış nəticəsində 2010-cu il təvəllüdlü bir uşağın həyatını itirdiyi bildirilir. Bundan başqa, üç nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə yerləşdirilib.

Həkimlərin nəzarətində olan yaralıların vəziyyəti ağır qiymətləndirilir.TƏBİB-in məlumatına əsasən, hadisə yerinin yaxınlığında olan daha bir qadın xəsarət alıb. Ona Kliniki Tibbi Mərkəzdə zəruri tibbi yardım göstərilib, vəziyyəti stabil olduğundan ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur.

Hazırda partlayışın başvermə səbəbi araşdırılır. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yasamalda yanğın baş verib

Next Article

Dövlət kibertəhlükəsizlik sahəsində addımlarını gücləndirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şirvanda antibiotik iynəsi faciə ilə nəticələndi

Aysel Əlibəyli 24 İyul 2026 · 10:40 1066 baxış Şirvan sakini antibiotik iynəsi vurduqdan sonra həyatını itirib Elpress.az xəbər verir ki, Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Sadiq Əbülfət oğlu Hümbətov yaşadığı evdə diz nahiyəsinə […]

Tiktoker “Arzum”un faciəvi qəza detalına baxış

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:23 1082 baxış İlduzə Hacıyevanın ölümcül yol qəzası ilə bağlı məhkəməyə təqdim edilən yeni faktlar bəlli olub Elpress.az xəbər verir ki, “Arzum9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın törətdiyi iddia olunan […]

İstanbulda hoteldə yanğın: 12 nəfər xəsarət alıb

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:33 1048 baxış Bakırköydə altımərtəbəli hotelin birinci mərtəbəsində başlayan yanğın yuxarı mərtəbələrə yayılıb Elpress.az xəbər verir ki, İstanbulun Bakırköy rayonunda hotel binasında yanğın baş verib.Hadisə Cevizlik məhəlləsində yerləşən altı […]