--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Tiktoker “Arzum”un faciəvi qəza detalına baxış

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:23 1114 baxış

İlduzə Hacıyevanın ölümcül yol qəzası ilə bağlı məhkəməyə təqdim edilən yeni faktlar bəlli olub

Elpress.az xəbər verir ki, “Arzum9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın törətdiyi iddia olunan faciəvi avtomobil qəzası ilə bağlı ekspertiza rəyləri və işin detalları açıqlanıb. Rəsmi ekspertizaya görə, 2025-ci ildə baş verən qəza zamanı digər avtomobilin sürücüsü Amal Məlikov aldığı ağır baş-beyin travmaları nəticəsində hadisədən 2 saat 7 dəqiqə sonra dünyasını dəyişib.​Kamera görüntüləri və boya izləri İlduzə Hacıyevanın “Mercedes” markalı maşınla toqquşma olmadığını iddia etməsini təkzib edib. Məlum olub ki, dönmə manevri zamanı Amal Məlikov 100 km/saat sürətlə hərəkət etsə də, bloger təhlükəni görərək dayanmayıb və manevri davam etdirib. Tiktoker qəzadan 41 dəqiqə sonra xəstəxananı tərk edərək hava limanına gedib və ölkədən çıxıb.​Qəzada ağır yaralanan və eşitmə qabiliyyətini itirən Sənubər Muradova (mərhumun həyat yoldaşı) 104 min manat təzminat tələb etsə də, məhkəmə bu mülki iddianı baxılmamış saxlayaraq ayrı mülki icraat qaydasında qaldırılmasına karar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İstanbolda qəbir yeri qiymətləri açıqlandı

Next Article

FSB polkovniki ölü inəyin içində ölkədən qaçdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Böyükşorda ağır qəza

Aysel Əlibəyli 17 İyun 2026 · 13:38 1204 baxış Böyükşor yolunda ciddi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı “Changan” markalı minik avtomobili hərəkətdə olan su daşıyan yük maşını ilə toqquşub. Güclü zərbənin təsirindən yük avtomobili […]

Binəqədidə obyekt yanır

Aysel Əlibəyli 27 İyul 2026 · 12:23 1110 baxış Binəqədidə baş verən yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir Elpress.az xəbər verir ki, Paytaxtın Binəqədi rayonu, Binəqədi–Novxanı–Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə […]

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlanıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:12 1184 baxış “Qırmızı Körpü” postunda yük avtomobilindən yüzlərlə dərman vasitəsi çıxıb Elpress.az xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarəti zamanı bəyan edilmədən ölkəyə keçirilməsinə cəhd göstərilən […]

Lənkəranda bir neçə ərazidə yanğın baş verib

Aysel Əlibəyli 13 Avqust 2026 · 20:56 1082 baxış Rayonun kənd və qəsəbələrində qeydə alınan yanğınların bir qismi söndürülüb Elpress.az xəbər verir ki, Lənkəran rayonunda gün ərzində bir neçə kənd və yaşayış məntəqəsində yanğın hadisəsi […]