--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Məktəbdə kimyəvi məhlul təhlükəsi: 8-ci sinif şagirdi xəsarət aldı

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:30 1016 baxış

Masallı şəhərində yerləşən orta məktəblərdən birində şagird kimya dərsi zamanı baş verən hadisə nəticəsində xəsarət alıb. Hadisə sentyabrın 30-da 3 saylı orta məktəbin 8-ci sinfində qeydə alınıb.

Elpress.az xəbər verir ki, hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Məlumata görə, kimya dərsi zamanı keçirilən təcrübə vaxtı istifadə olunan məhlul stolun üzərinə tökülüb. Dərs başa çatdıqdan sonra şagirdlərdən biri dağılan mayeni təmizləmək istəyib.Məhlula toxunduğu zaman onun iyindən gözləri göynəyən şagird ehtiyatsızlıqdan əli ilə gözünü silib. Nəticədə kimyəvi maddə onun gözünə düşüb.Şagird ilkin tibbi yardım göstərilməsi üçün Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra valideynləri tərəfindən Bakıya gətirilən məktəbli burada tibbi müayinədən keçirilib və vəziyyəti qiymətləndirildikdən sonra evə buraxılıb.

Məlumata əsasən, uşaq hadisə zamanı Masallı rayonunda babasının himayəsində olub. Valideynləri Bakıda yaşadıqları üçün hadisədən sonra rayona gələrək övladlarını paytaxta aparıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xankəndidə tələbələr üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

Next Article

TDT ölkələri iqtisadi əməkdaşlığı genişləndirir: qarşılıqlı ticarətdə yeni hədəf

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kəlbəcərdə sursat partladı

Aysel Əlibəyli 21 İyul 2026 · 15:27 1078 baxış Kəlbəcərdə sursat partlayışı nəticəsində çoban xəsarət alıb Elpress.az xəbər verir ki, Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı baş verib. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Qazax […]

Yevlaxda güllələnən 64 yaşlı kişi həyatını itirdi

Aysel Əlibəyli 18 İyun 2026 · 12:08 1163 baxış Elpress.az xəbər verir ki, hadisə iyunun 17-də axşam saatlarında rayonun Əkşəm kəndi ərazisində baş verib. Məlumata görə, Mingəçevir şəhər sakini, 1962-ci il təvəllüdlü Əjdər Pirimov atasına […]

“Amay”ın qarşısında kişinin başına daş düşdü

Aysel Əlibəyli 28 İyul 2026 · 13:32 1079 baxış Bakıda daşın başına düşdüyü şəxs xəstəxanaya yerləşdirilib Elpress.az xəbər verir ki, Bakının Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin yaxınlığında bir kişinin başına daş düşüb. Hadisə nəticəsində […]

Beyləqanda qəza: 1 nəfər ölüb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 19:16 1036 baxış Bolsulu kəndində baş verən yol qəzasında 1962-ci il təvəllüdlü kişi həyatını itirib, qızı yaralanıb Elpress.az xəbər verir ki, Beyləqan rayonunun Bolsulu kəndində yol-nəqliyyat hadisəsi baş verib.Hadisə […]