Quba-Xınalıq avtomobil yolunun bir hissəsində yenidən torpaq sürüşməsi qeydə alınıb. Hadisə nəticəsində bir neçə kəndin nəqliyyat əlaqəsində çətinlik yaranıb.
Elpress.az qafqazinfo-ya istinaden xəbər verir ki, sürüşmə əvvəllər təmizlənərək nəqliyyatın hərəkəti bərpa edilən ərazidə baş verib.
Torpaq kütləsinin yola tökülməsi səbəbindən Quba rayonunun bir sıra kəndləri ilə avtomobil əlaqəsi müvəqqəti olaraq kəsilib.
Əraziyə aidiyyəti qurumların texnikaları və əməkdaşları cəlb olunub. Hazırda yolun təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.



