Qubada yolun bir hissəsinin çökməsi nəqliyyatın hərəkətinə ciddi maneə yaradıb.
Hadisə nəticəsində yolun çökmüş hissəsindən keçid mümkün olmayıb və ərazidə qarşı tərəfə gediş-gəliş dayanıb. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda yol örtüyünün böyük hissəsinin dağıldığı və yolun bir hissəsinin tamamilə çökdüyü görünür. Diqqət çəkən məqamlardan biri isə ərazidə sürücüləri və piyadaları təhlükə barədə xəbərdar edən təhlükəsizlik nişanlarının görünməməsidir.
Hazırda yolun bərpası və ərazidə təhlükəsizliyin təmin olunması ilə bağlı vəziyyətin necə tənzimlənəcəyi diqqət çəkir.


