--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Cəbrayıl bizimdir!” – 4 oktyabr Azərbaycanın yaddaşına yazılan tarixi gün

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 10:53 1014 baxış

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür. 2020-ci il oktyabrın 4-də Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ilə Azərbaycan xalqına uzun illər gözlədiyi tarixi müjdə çatdırıldı.

Elpress.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri məhz 4 oktyabr 2020-ci ildə yaşandı. Həmin gün Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi.

İllərlə doğma torpaqlarından ayrı düşən Cəbrayıl sakinləri üçün bu xəbər sadəcə hərbi uğur deyil, böyük qayıdışın başlanğıcı idi. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində Cəbrayılın azad olunmasını Azərbaycan xalqını təbrik edərək elan etdi.

Cəbrayılın azadlığı müharibənin ilk həftəsində rayon mərkəzinin düşməndən geri alınması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev sonrakı çıxışlarında da bu Qələbənin Azərbaycan Ordusuna əlavə güc və inam verdiyini vurğulayıb.

Cəbrayıl 1993-cü il avqustun 23-də işğal edilmiş, əhalisi doğma yurdlarından didərgin salınmışdı. 2020-ci il oktyabrın 4-də isə Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində şəhər azadlığına qovuşdu.

Həmin gün Prezidentin səsləndirdiyi bir cümlə isə yaddaşlara əbədi həkk olundu: “Cəbrayıl bizimdir!”

Bu gün 4 oktyabr ölkənin rəsmi təqvimində Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir. Tarixi Qələbədən sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin edilir.

4 oktyabr həm Cəbrayılın azadlıq günü, həm də 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın Qələbəyə aparan yolunda mühüm dönüş nöqtələrindən biri kimi tariximizdə yaşayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanın Bakıdakı nümayəndəliyində maliyyə yoxlaması

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah Bakıda yağış, rayonlarda dolu gözlənilir

Aysel Əlibəyli 29 Avqust 2026 · 15:39 1052 baxış Paytaxtda axşam leysan ehtimalı var, bölgələrdə temperatur 35 dərəcəyədək yüksələcək Elpress.az xəbər verir ki, Avqustun 30-u üçün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, […]

Dövlət qurumlarında 16 vakansiya üzrə müsahibə elan edildi

Aysel Əlibəyli 05 İyun 2026 · 15:37 1298 baxış İyunun 5-də 8 dövlət orqanı üzrə inzibati vəzifələrin 2–4-cü təsnifatlarına uyğun 16 vakansiyanın tutulması məqsədilə daxili müsahibə elan edilib. İyunun 5-də 8 dövlət orqanı üzrə inzibati […]