--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:40 1042 baxış

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından diqqət çəkən fikirlər sosial şəbəkələrdə yayımlanan yeni videoçarxda yer alıb.

Elpress.az xəbər verir ki, Dövlət başçısının sosial media hesablarında paylaşılan görüntülərdə Azərbaycanın müharibə və postmüharibə dövründə atdığı addımlara toxunulub. Prezident qeyd edib ki, 2020-ci il müharibəsi və 2023-cü ilin sentyabrında baş verən hadisələr zamanı müxtəlif ssenarilər mümkün olsa da, strateji yanaşma və ölkənin əsas maraqları nəzərə alınaraq qərarlar qəbul edilib.

İlham Əliyev bildirib ki, Azərbaycanın məqsədi əbədi müharibə aparmaq olmayıb. Onun sözlərinə görə, hər iki mərhələdə uyğun məqamda dayanmaq və sülhə nail olmaq qərarı uzaqgörənlik və strateji düşüncə ilə bağlı olub.

Prezident bu kontekstdə siyasətdə emosional qərarlara yer olmadığını vurğulayaraq diqqətçəkən bir ifadə səsləndirib:

“Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”.

Sözügedən videoçarx Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından seçilmiş məqamlar əsasında hazırlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qubada yol çökdü: hərəkət və əlaqə kəsildi

Next Article

Dünya çempionatında iki cüdoçumuz 1/8 finalda

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşıladı

Aysel Əlibəyli 04 Avqust 2026 · 12:44 1068 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassisi qəbul edib. Elpress.az xəbər verir ki, […]

Kamran Əliyev İƏT Baş prokurorlarının iclasında iştirak edib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:52 1076 baxış Azərbaycanın Baş prokuroru Türküstanda keçirilən beynəlxalq toplantıda çıxış edib Elpress.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Türküstan […]