--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Kitabi-Dədə Qorqud” dünya eposları ilə bir müstəvidə müzakirə olunub

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:51 1012 baxış

Almaniyanın Drezden şəhərində “Kitabi-Dədə Qorqud” irsinə həsr olunan beynəlxalq elmi simpozium keçirilib.

Elpress.az xəbər verir ki, Tədbirdə Azərbaycan, Türkiyə, Almaniya və İtaliyadan olan alim və tədqiqatçılar eposun dünya ədəbiyyatındakı yeri, müxtəlif xalqların epik nümunələri ilə oxşarlıqları və əsərin gələcək tədqiqat istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı “Dədə Qorqud”un yalnız türk xalqlarının deyil, ümumbəşəri mədəni irsin mühüm nümunələrindən biri olduğu vurğulanıb. Eposun Şərq və Qərb mədəniyyətləri arasında elmi və mədəni dialoqun inkişafına verdiyi töhfələr də diqqətə çatdırılıb.

Simpoziumda əsərin müxtəlif dünya eposları ilə paralelləri xüsusi maraq doğurub. Akademik Kamal Abdulla “Təpəgöz” obrazının Homer yaradıcılığındakı Polifemlə müqayisəsini xatırladaraq, bu nümunənin müxtəlif mədəniyyətlərdə oxşar epik motivlərin mövcudluğunu göstərdiyini qeyd edib.

Akademik Nizami Cəfərov “Kitabi-Dədə Qorqud”u Azərbaycan xalqının yazılı mədəni kimliyinin mühüm göstəricilərindən biri kimi səciyyələndirib. Akademik Muxtar İmanov isə eposdakı qədim inanclar, İslam dünyagörüşü və məhəbbətin ölüm üzərində qələbəsi kimi mövzuları təhlil edib.

Tədbirdə eposun dil xüsusiyyətləri, qədim yunan mifologiyası ilə paralelləri, Avropa ədəbiyyatı ilə intertekstual əlaqələri və müasir rəqəmsal metodlarla araşdırılması imkanları da müzakirə olunub. Almaniyanın “Kudrun” dastanı ilə “Kitabi-Dədə Qorqud” arasındakı oxşarlıqlar, eləcə də Vatikan nüsxəsinin türkologiya üçün əhəmiyyəti barədə təqdimatlar keçirilib.

Simpoziumun əsas müzakirə mövzularından biri də Drezden nüsxəsinin elmi və tarixi əhəmiyyəti olub. Drezden Milli Kitabxanasında qorunan bu əlyazma “Kitabi-Dədə Qorqud”un məlum olan yeganə tam, 12 boydan ibarət nüsxəsidir və XVI əsrə aid edilir.

Əlyazmanın Avropa elmi ictimaiyyətinə tanıdılmasında alman şərqşünası Haynrix Fridrix fon Ditsin mühüm rolu olub. O, 1815-ci ildə “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcüməsi ilə birlikdə nəşr etdirərək dastanın Avropada tanınmasına böyük töhfə verib.

Beynəlxalq simpozium “Kitabi-Dədə Qorqud” irsinin yalnız tarixi-mədəni baxımdan deyil, dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi baxımından da aktual əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İranlı nazir ABŞ-yə səsləndi: “Müharibə əvəzinə bu yolu seçin”

Next Article

Yəməndə şiddətli döyüşlər: 700 husi öldürülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Aysel Əlibəyli 03 İyul 2026 · 16:48 1090 baxış Almaniyanın keçmiş kansleri Angela Merkel üçün aylarla davam edən məxfi yaradıcılıq prosesi nəticəsində hazırlanan yeni portret ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata […]

Xarici diplomatlar Xudavəng monastırını ziyarət edib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:29 1040 baxış Diplomatik nümayəndələrə Kəlbəcərdəki tarixi kompleksin keçmişi barədə məlumat verilib Elpress.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzura səfər edən xarici diplomatlar Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır […]