Biləsuvarın Nərimankənd kəndində ölümə səbəb olan bıçaqlanma hadisəsi baş verib.
Elpress.az xəbər verir ki, hadisə zamanı kənd sakini, 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı bıçaq xəsarətləri alıb.
Ağır yaralanan şəxs xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisəni törətməkdə onun xalası oğlu, 2004-cü il təvəllüdlü İlkin Anar oğlu Mehdiyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır və hadisənin başvermə səbəbləri araşdırılır.


