--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Güclü yağışlarla bağlı Bakıda tədbirlər gücləndirildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 22:26 1018 baxış

İntensiv yağışlar səbəbindən iri şəhərlərin su təchizatı və yağış sularının idarə olunması istiqamətində işlər gücləndirilib. Aidiyyəti qurumlar həssas ərazilərdə fasiləsiz xidmət göstərirlər.

Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Su Təchizatı Departamenti yağıntılarla əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Məlumata görə, xüsusilə payız-qış mövsümündə tullantı və yağış suları şəbəkələrinin mütəmadi təmizlənməsi güclü yağıntılar zamanı suyun ətraf ərazilərdə toplanmasının qarşısının alınmasına kömək edir.

Proqnozlara əsasən, sukanal idarələrinin əməkdaşları həssas nöqtələrdə, o cümlədən körpülərin altında, küçə və prospektlərdə, eləcə də qəsəbədaxili ərazilərdə növbəli xidmət aparırlar.

Yağış sularının çəkilməsi, xətlərin açılması və suların mövcud şəbəkələrə yönləndirilməsi ilə bağlı işlər görülür. Bu məqsədlə müxtəlif təyinatlı texnikalar da ərazilərə cəlb olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Quba-Xınalıq yolunda yenidən sürüşmə baş verdi

Next Article

Aqil Ələsgər Qazaxıstanda ordenlə təltif edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 1143 baxış Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. […]

Yeni dərs ilində bir sıra dərsliklər yenilənəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 13:31 1070 baxış 2026-2027-ci tədris ilində bir sıra fənlər üzrə dərsliklər yenilənmiş məzmunla şagirdlərin istifadəsinə veriləcək. Elpress.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.Yeni tədris […]

Səhiyyə və təhsil nazirləri Qarabağ Universitetində

Aysel Əlibəyli 11 İyun 2026 · 17:22 1136 baxış Səhiyyə naziri Teymur Musayev və elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə, eləcə də universitetin klinikasına səfər ediblər. Elpress.az xəbər […]