--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Sulutəpədə küçəni su basdı – sakinlər hərəkət edə bilmir

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 11:05 1144 baxış

Bakının Binəqədi rayonunun Aşağı Sulutəpə qəsəbəsində yağışdan sonra yaranan mənzərə sakinlərin gediş-gəlişini çətinləşdirib.

Elpress.az xəbər verir ki, Pənahabad küçəsi 1 ünvanında, “Nur” şadlıq sarayından aşağı istiqamətdə yerləşən yol su altında qalıb. Küçədə yaranan gölməçə və palçıq səbəbindən həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Sakinlərin sözlərinə görə, xüsusilə işə gedib-gələn insanlar üçün vəziyyət ciddi narahatlıq yaradıb. Küçədən keçmək üçün alternativ yolun olmaması gediş-gəlişi daha da çətinləşdirir.

Qeyd edək ki, Sulutəpənin Pənahabad küçəsində yağışdan sonra oxşar problemin daha əvvəl də yaşandığı barədə məlumatlar yayılıb.

Sakinlər problemin aidiyyəti qurumlar tərəfindən nəzərə alınaraq küçədə yaranmış vəziyyətin aradan qaldırılmasını istəyirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xırdalanda avtobus palçığa batdı – hərəkət çətinləşdi

Next Article

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda Yanğın Söndürüldü

Aysel Əlibəyli 10 İyun 2026 · 20:59 1128 baxış Yasamal ərazisində yerləşən obyektdə yaranan yanğın operativ tədbirlər nəticəsində söndürülüb. Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin çevik və operativ müdaxiləsi nəticəsində Bakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi […]

Bakıda avtobus yük maşınına çırpılıb

Aysel Əlibəyli 29 İyul 2026 · 11:11 1074 baxış Buzovna qəsəbəsində marşrut avtobusu yük avtomobilinə çırpılıb, avtobusa ciddi ziyan dəyib. Elpress.az xəbər verir ki, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata […]

Toy karvanında avtoxuliqanlığa sərt cəza

Aysel Əlibəyli 08 İyun 2026 · 17:05 1120 baxış Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin həyata keçirdiyi nəzarət və profilaktik tədbirlər nəticəsində toy karvanı zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri […]