İran və İraq arasında hava nəqliyyatının yenidən fəaliyyətə başlaması planlaşdırılır. Aviareyslərin sabahdan etibarən hər iki ölkənin aviaşirkətləri tərəfindən həyata keçiriləcəyi bildirilir.
Elpress.az xəbər verir ki, İran və İraq arasında uçuşların bərpası ilə bağlı məlumat yayılıb.
Məlumata əsasən, reyslər hər iki ölkənin aviaşirkətləri tərəfindən yerinə yetiriləcək. Bununla da İranın İraqın müxtəlif şəhərləri ilə hava əlaqəsi yenidən təmin olunacaq.
Xatırladaq ki, ABŞ tərəfindən İranın aviasiya sektoruna tətbiq edilən sanksiyalardan sonra İran aviaşirkətləri İraqın Bağdad və Nəcəf şəhərləri də daxil olmaqla bir sıra istiqamətlər üzrə uçuşları dayandırmışdı


