--:--:-- | 18 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Hərbçiləri aldadaraq pul alan şəxslərdən biri həbs edilib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:33 1068 baxış

Müayinə nəticələrinə təsir göstərəcəklərini vəd edən sabiq hərbçilər hakim qarşısına çıxarılıb

Elpress.az xəbər verir ki, Hərbi qulluqçuların tibbi müayinə nəticələrinə müdaxilə edə biləcəklərini vəd edərək onlardan pul aldığı bildirilən iki sabiq hərbçi barəsində məhkəmə hökmü çıxarılıb. Tural Nuriyev və Əsəd Əliyev dörd hərbçiyə qarşı dələduzluqda təqsirləndirilib. Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb.Məhkəmənin qərarı ilə Əsəd Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib və hökm elan olunan zaman məhkəmə zalında həbs olunub. Tural Nuriyev isə 4 min manat məbləğində cərimələnib.İttihama əsasən, Ə.Əliyev tanıdığı hərbçinin telefon danışığından onun və digər xidmət yoldaşlarının narkoloji müayinədən keçirildiyini, həmçinin əvvəl narkotik vasitələrdən istifadə etdiklərinin analizlər zamanı üzə çıxacağından narahat olduqlarını öyrənib.Bundan sonra həmin şəxslərin narahatlığından istifadə edərək qanunsuz gəlir əldə etmək qərarına gəlib. O, bu barədə yoluxucu xəstəliklər ixtisası üzrə rezidentura təhsili alan hərbçi tanışı T.Nuriyevlə əlaqə saxlayıb.İttihamda göstərilir ki, hər iki şəxs hərbçilərə analiz nəticələrinə təsir göstərə biləcəklərini vəd edərək onlardan ümumilikdə 10 min manata yaxın pul alıb.Daha sonra zərərçəkənlər aldadıldıqlarını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət ediblər. Faktla bağlı Bakı Hərbi Prokurorluğunda cinayət işi başlanıb.Tural Nuriyev və Əsəd Əliyev qabaqcadan əlbir olan qrup tərəfindən, qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirli biliniblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

34 il əvvəl atasını öldürən şəxs saxlanılıb

Next Article

Suriya İsraillə diplomatik həll axtarır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Lənkəranda itkin düşən şəxsin meyiti su kanalında aşkar edilib

Aysel Əlibəyli 31 İyul 2026 · 10:37 1096 baxış Lənkəran rayonunda bir neçə gündür axtarış aparılan şəxsin meyiti su kanalında tapılıb. Elpress.az xəbər verir ki, hadisə rayonun Bəlləbur kəndi ərazisində qeydə alınıb.Məlumata görə, Yuxarı Nüvədi […]

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdi

Aysel Əlibəyli 10 İyul 2026 · 21:46 1092 baxış Bakı Apellyasiya Məhkəməsində müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. Elpress.az xəbər verir ki, İyulun 10-da Bakı Apellyasiya […]

AZAL-ın Moskva reysi Sankt-Peterburqa yönləndirildi

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 20:38 1074 baxış Rusiya hava məkanında tətbiq edilən məhdudiyyətlər AZAL-ın Bakı–Moskva uçuşlarında dəyişikliklərə səbəb olub. Bir təyyarə Sankt-Peterburqa məcburi eniş edib, digər reys isə Bakıya geri dönüb. Elpress.az xəbər […]

“Azərbaycan Vətənpərvərlər” İB-nin rəhbəri həbs olunub

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 23:33 1070 baxış “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və birliyin məsul əməkdaşı Səbuhi Məmmədov barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir. Elpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hər […]