--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İranlı nazir ABŞ-yə səsləndi: “Müharibə əvəzinə bu yolu seçin”

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:47 1016 baxış

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə bağlı son açıqlamasında diplomatik yanaşmanın tərəfdarı olduqlarını bildirib.

Nazir Vaşinqtonu hərbi qarşıdurma əvəzinə “ağıl və sağlam düşüncə yolu”na üstünlük verməyə çağırıb.

Əraqçinin sözlərinə görə, ABŞ yenidən hərbi variantdan istifadə etməyə cəhd göstərərsə, İran belə bir vəziyyətə əvvəlkindən daha hazırlıqlı olacaq və özünü müdafiə etmək üçün bütün zəruri addımları atacaq.

İran rəsmisi həmçinin ABŞ-nin tətbiq etdiyi təzyiq siyasətini və yeni məhdudiyyətləri də tənqid edib. O bildirib ki, bu yanaşma nəticə verməyib və Vaşinqtonun həm hərbi qarşıdurmada, həm də diplomatik müstəvidə uğursuzluğa düçar olduğunu iddia edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya çempionatında iki cüdoçumuz 1/8 finalda

Next Article

“Kitabi-Dədə Qorqud” dünya eposları ilə bir müstəvidə müzakirə olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ lideri: Putin sülhə yaxınlaşır

Aysel Əlibəyli 15 İyul 2026 · 18:23 1112 baxış Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Putinin yaxın vaxtlarda sülh sazişi imzalaya biləcəyini bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin gələcəyi ilə […]

İran İsrailə ultimatum verdi: Livandan tezliklə çıxın

Aysel Əlibəyli 28 İyun 2026 · 17:47 1156 baxış Elpress.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə Livan parlamentinin spikeri Nəbih Berri arasında telefon danışığı baş tutub. Tərəflər bölgədəki son vəziyyəti, xüsusilə […]

BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 15:03 1066 baxış İran aviaşirkətlərinin BƏƏ-yə bütün reysləri gecə yarısından etibarən ləğv edilib Elpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın tətbiq etdiyi sanksiyalara uyğun olaraq İran aviaşirkətlərinin həyata […]