--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Şəhid ailəsi üzvlərinə müəllim yeri seçimi imkanı

Aysel Əlibəyli 01 İyun 2026 · 19:24 1185 baxış

Şəhid ailəsi üzvləri üçün təşkil olunan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Elpress.az -ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, mayın 21-22-də keçirilən müsabiqənin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilib. İştirakçılar şəxsi səhifələrinə daxil olaraq seçimin nəticələri ilə tanış ola bilərlər.Elektron yerləşdirmənin yekunlarına əsasən, 14 şəhid ailəsi üzvü olan müəllim iş yerini dəyişmək hüququ əldə edib.Növbəti mərhələdə müsabiqədə uğur qazanan namizədlərin sənədləri yoxlanılacaq. Yoxlama prosesi başa çatdıqdan sonra onlar seçdikləri vakant vəzifələrə təyin ediləcəklər.Sənədlərin yoxlanılması ilə bağlı əlavə məlumatların namizədlərin şəxsi səhifələrinə göndəriləcəyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pezeşkian: Yaponiya gəmilərinin təhlükəsiz keçidini təmin edəcəyik

Next Article

Bayramov ABŞ-la iqtisadi və enerji əməkdaşlığını müzakirə etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yeni metro stansiyalarının piyada əlçatanlıq zonası açıqlanıb

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:30 1060 baxış Stansiyaların ətrafında 800 metrlik piyada əlçatanlıq radiusunun müəyyənləşdirilməsi təklif olunur Elpress.az xəbər verir ki, Metro stansiyalarının şəhər sakinləri üçün piyada əlçatanlığını qiymətləndirmək məqsədilə stansiyaların ətrafında müəyyən […]

Ağdamda 8 min nəfərin qayıdışı üçün komplekslər təhvil veriləcək

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:20 1066 baxış Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinə də ailələrin köçürülməsi planlaşdırılır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən […]