--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bayramov ABŞ-la iqtisadi və enerji əməkdaşlığını müzakirə etdi

Aysel Əlibəyli 01 İyun 2026 · 21:55 1148 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

XİN-in məlumatına görə, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyətini vurğulayaraq, yaxın vaxtlarda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildiriblər.Görüşdə enerji sahəsində mövcud tərəfdaşlıq, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi, eləcə də bərpa olunan enerji, yaşıl keçid, innovasiya və yüksək texnologiyalar istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.Nazir Ceyhun Bayramov ölkənin investisiya imkanları, regional bağlantı layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Müzakirələr zamanı Orta Dəhlizin regional iqtisadi inteqrasiyada oynadığı rol xüsusi qeyd edilib.Tərəflər həmçinin ötən ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra regiondakı vəziyyəti, kommunikasiya xətlərinin açılması prosesini və TRIPP layihəsinin icrasını nəzərdən keçiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəhid ailəsi üzvlərinə müəllim yeri seçimi imkanı

Next Article

Yer orbitində 33 mindən çox obyekt hərəkət edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qubada almanın qiyməti kəskin düşdü

Aysel Əlibəyli 31 İyul 2026 · 12:37 1092 baxış Yağıntılar Quba alma bağlarına zərər vurdu: fermerlər böyük itki ilə üzləşib Elpress.az xəbər verir ki, Qubada əlverişsiz hava şəraiti almaçılıq təsərrüfatlarına ciddi ziyan vurub. Güclü yağışlar […]

Azərbaycan nefti 100 dolları keçdi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:15 1082 baxış “Azeri Light”ın qiyməti 3,34 faiz artaraq 101,87 dollara çatıb Elpress.az xəbər verir ki, Dünya neft bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əhəmiyyətli dərəcədə yüksəlib.CIF bazisi […]

Mərkəzi Bank bu günün valyuta məzənnələrini açıqlayıb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 09:16 1070 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı sentyabrın 8-i üçün əsas xarici valyutaların manata nisbətdə rəsmi məzənnələrini müəyyənləşdirib.ABŞ dollarının məzənnəsi əvvəlki göstərici ilə müqayisədə dəyişməyərək 1,7000 […]