--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ağdamda 8 min nəfərin qayıdışı üçün komplekslər təhvil veriləcək

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:20 1028 baxış

Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinə də ailələrin köçürülməsi planlaşdırılır

Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tikinti və bərpa işləri davam etdirilir.Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndə Emin Hüseynov bildirib ki, Ağdam şəhərində dördüncü və beşinci yaşayış komplekslərinin, eləcə də Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində aparılan quruculuq işlərinin ilin sonunadək tamamlanaraq təhvil verilməsi nəzərdə tutulur.Layihələrin başa çatdırılması nəticəsində ümumilikdə 8 min nəfərin Ağdam şəhərinə qayıdışı təmin ediləcək. Eyvazxanbəyli kəndinə ilk mərhələdə 427, Baş Qərvənd kəndinə isə 851 ailənin köçürülməsi planlaşdırılır.Bununla yanaşı, Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərində də bərpa və quruculuq işləri aparılır. İkinci “Ağıllı kənd” olan Dövlətyarlıda 450 ailənin, Pirəhmədlidə isə ilk mərhələdə 146 ailənin məskunlaşdırılması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan XİN Pakistana başsağlığı verib

Next Article

Xocavənd Şəhəri Günü qeyd olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rəşad İbadov Balaxanı neftçiləri ilə müzakirə aparıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:13 1060 baxış ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov hasilat şirkətlərinin nümayəndələri ilə vətəndaşların konstitusion hüquq və vəzifələrinə həsr olunmuş görüş keçirib. Elpress.az xəbər verir ki, Müzakirədə Konstitusiyanın […]

Su 25 dərəcəyə çatacaq, bəzi ərazilərə xəbərdarlıq edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:10 1094 baxış Abşeron çimərliklərində hava əlverişli olacaq: Dəniz suyu isinir, bəzi sahələrdə çirklənmə aşkarlanıb İyunun 25-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli keçəcəyi, dəniz suyunun temperaturunun isə bəzi ərazilərdə […]

Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 20 İyun 2026 · 13:19 1118 baxış Sabah Azərbaycanda hava şəraitinin əsasən sabit keçəcəyi, bəzi bölgələrdə isə yağış yağacağı gözlənilir. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında […]