--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Yeni metro stansiyalarının piyada əlçatanlıq zonası açıqlanıb

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:30 1064 baxış

Stansiyaların ətrafında 800 metrlik piyada əlçatanlıq radiusunun müəyyənləşdirilməsi təklif olunur

Elpress.az xəbər verir ki, Metro stansiyalarının şəhər sakinləri üçün piyada əlçatanlığını qiymətləndirmək məqsədilə stansiyaların ətrafında müəyyən məsafəni əhatə edən zonaların formalaşdırılması nəzərdə tutula bilər.Mütəxəssislərin yanaşmasına əsasən, piyada əlçatan məsafə adətən 5-15 dəqiqə ərzində qət edilə bilən 400-1200 metr aralığında hesab olunur. Orta hesabla 10 dəqiqə ərzində 800 metr məsafə qət etmək mümkün olduğundan, metro stansiyaları üçün də 800 metrlik radius əsas götürülə bilər.Bu yanaşma tətbiq edilərsə, həm mövcud, həm də dövlət proqramı çərçivəsində tikilməsi planlaşdırılan metro stansiyalarının ətrafında piyada əlçatanlıq zonaları müəyyənləşəcək.Lakin real piyada əlçatanlığını yalnız xəritədəki məsafə ilə müəyyənləşdirmək mümkün deyil. Səkilərin vəziyyəti, piyada keçidlərinin təhlükəsizliyi, panduslar, küçələr arasındakı bağlantılar və digər infrastruktur imkanları da nəzərə alınmalıdır.Bu səbəbdən xəritədə 800 metr kimi göstərilən məsafə faktiki olaraq piyada üçün eyni uzunluqda olmaya bilər. Piyada marşrutlarının rahat və təhlükəsiz olması metro stansiyalarının əlçatanlığının əsas şərtlərindən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qızıl və gümüş ucuzlaşıb

Next Article

Tupak Şakurun qətli ilə bağlı məhkəmə başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:35 1042 baxış Ötən gün ən yüksək temperatur Aran rayonlarında 37 dərəcə olub Elpress.az xəbər verir ki, Avqustun 22-si saat 10:00-a olan hava şəraiti ilə bağlı faktiki göstəricilər açıqlanıb.Milli […]

TƏBİB-də bir sıra vəzifələr üzrə dəyişiklik edilib

Aysel Əlibəyli 17 Avqust 2026 · 18:55 1068 baxış Elpress.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur və kadr dəyişiklikləri aparılıb. Məlumata görə, TƏBİB-in İcraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər […]

Moped sürücüləri üçün yeni qaydalar qüvvəyə minir

Aysel Əlibəyli 04 İyun 2026 · 21:23 1183 baxış Azərbaycanda mopedlərin istismarı ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur. Yeni dəyişikliklərə əsasən, bu nəqliyyat vasitələrinin sahibləri bir sıra əlavə öhdəlikləri yerinə yetirməli olacaqlar.Elpress.az FED.az-a istinadən xəbər […]