Şəhidlərin xatirəsi ehtiramla yad edilib
Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrində müxtəlif tədbirlər təşkil olunub.Tədbirlər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması və onun xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.Çıxışlarda 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əldə etdiyi nəticələr və ölkənin ərazi bütövlüyünün bərpası barədə danışılıb. Həmçinin 2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bütün ərazidə bərpa olunduğu vurğulanıb.Tədbirlərdə torpaqların azadlığı uğrunda canlarından keçən hərbçilərin qəhrəmanlığından bəhs olunub və şəhidlərin xatirəsinin daim ehtiramla yad ediləcəyi bildirilib.Anım Günü münasibətilə tədbir iştirakçılarına videoçarx nümayiş etdirilib.Bununla yanaşı, FHN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini yad edib. Nazirliyin əməkdaşlarının iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyası da keçirilib.


