--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Zirə çimərliyində dəniz suyunun rəngi dəyişdi. Araşdırmalara başlanılıb

Aysel Əlibəyli 15 İyul 2026 · 12:06 1132 baxış

Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən və sakinlərin çimərlik kimi istifadə etdikləri ərazidə dəniz suyunun tünd qəhvəyi rəng alması narahatlıq doğurub.

Elpress.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ərazidə araşdırmalara başlayıb.

Qurumdan bildirilib ki, əməkdaşlar tərəfindən hadisə yerinə baxış keçirilib və dəniz suyundan nümunələr götürülərək laborator analizlərə göndərilib. Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

İlkin araşdırmalar zamanı isə sözügedən əraziyə Xəzər dənizinə doğru istiqamətlənən hər hansı axar və ya çirklənmə mənbəyi müşahidə edilməyib. Aidiyyəti qurum araşdırmaların davam etdiyini və nəticələrin rəsmi qaydada açıqlanacağını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanlı tenor ABŞ-ın tarixi səhnəsində alqışlarla qarşılandı

Next Article

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirib

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:39 1060 baxış Sanatoriyada fövqəladə hallar zamanı təxliyə və yanğınla mübarizə üzrə praktiki məşğələ təşkil olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin […]

Bakıda oktyabrın 11-də bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:02 1064 baxış Paytaxtda oktyabrın 11-də beynəlxalq tədbirə hazırlıqla əlaqədar nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək. Sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaq tövsiyə olunur. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat […]