--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:26 1068 baxış

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə həsr olunmuş Kollegiya iclası keçirilib.

Elpress.az xəbər verir ki, Kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sədrlik edib. Nazir çıxışında daxili işlər orqanlarının və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirdiyini bildirib. O, beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, eləcə də işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin etibarlı şəkildə təmin edildiyini vurğulayıb.İclasda təqdim olunan hesabatda bildirilib ki, 2026-cı ilin ilk altı ayında ölkə üzrə 15 420 cinayət qeydə alınıb və onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən araşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin, oğurluq, dələduzluq, quldurluq, xuliqanlıq, ailə münaqişəsi zəminində törədilən cinayətlərin, eləcə də yol-nəqliyyat hadisələrinin və bu qəzalarda ölənlərin sayında azalma qeydə alınıb. Eyni zamanda, cinayətlərin açılması göstəricilərində də artım müşahidə olunub.Hesabat dövründə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 013 cinayət açılıb, 4 474 hüquqazidd əməlin qarşısı alınıb, 6 887 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bundan başqa, 4 ton 318 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 3 088 ədəd odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkar olunub. İclasın sonunda Vilayət Eyvazov hüquq qaydasının möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması, vətəndaş müraciətlərinə daha həssas yanaşılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ərdoğan Trampın Ukrayna ilə bağlı təşəbbüsünə dəstək verdi

Next Article

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Abşeronda şəhidlər ehtiramla anılıb

Aysel Əlibəyli 21 İyul 2026 · 15:33 1038 baxış Abşeronda şəhidlərin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib Elpress.az xəbər verir ki, Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin anım və doğum günləri münasibətilə onların məzarları ziyarət […]

Məktəblərdə dərslərin daha gec başlaması təklif olunur

Aysel Əlibəyli 12 Avqust 2026 · 21:59 1020 baxış Təhsil ekspertindən təklif: Dərslərin 08:30 və ya 09:00-da başlaması pilot layihə kimi sınaqdan keçirilə bilər Elpress.az xəbər verir ki, Azərbaycanda məktəblərdə dərslərin saat 08:00-dan daha gec […]

Bakının 6 əsas yolunda sıxlıq yarandı

Aysel Əlibəyli 23 İyun 2026 · 09:02 1106 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac […]