--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Paraplanla narkotik daşıyanlar ifşa olundu

Aysel Əlibəyli 27 May 2026 · 13:07 1164 baxış

Biləsuvar rayonunda paraplan vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik aşkar edilib, bununla bağlı iki nəfər saxlanılıb.

Elpress.az-ın DİN Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən ümumilikdə 47 kiloqram marixuana və tiryək, həmçinin 10 104 ədəd psixotrop tərkibli həb müsadirə edilib. Ötürülən lokasiya məlumatı əsasında narkotikləri əldə edən əvvəllər məhkum olunmuş 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev tutularaq Rayon Polis Şöbəsinə təhvil verilib. Araşdırmalar zamanı müəyyən olunub ki, hər iki şəxs həmin narkotikləri paytaxta gətirərək satışa çıxarmağı planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçib. İstintaq davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hörmüz boğazında gərginlik davam edir — İran açıqladı

Next Article

Bələdiyyə başçısı Günay həbs edildi — səbəb nədir?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zaqatalanın Qazangül qəsəbəsində ayı görünüb

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:26 1102 baxış Ayı balası gecə saatlarında küçədə sakinlərin kamerasına düşüb Elpress.az xəbər verir ki, Zaqatala rayonunun Qazangül qəsəbəsində ayı müşahidə olunub.Rayon mərkəzinə yaxın ərazidə bir neçə gün əvvəl […]

Sabah Bakıda yağış yağacaq

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:24 1152 baxış Paytaxtda bəzi yerlərdə leysan və şimşək ehtimalı var Elpress.az xəbər verir ki, Sentyabrın 29-da Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə […]