--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bələdiyyə başçısı Günay həbs edildi — səbəb nədir?

Aysel Əlibəyli 27 May 2026 · 13:16 1106 baxış

Türkiyənin İzmir şəhərində yerli idarəetmə orqanını əhatə edən geniş miqyaslı korrupsiya əməliyyatı keçirilib, bir neçə nəfər həbs edilib.

ELPRESS.AZ Milli.az-a istinadən verdiyi məlumata görə, İzmir Respublika Baş Prokurorluğunun rəhbərliyi altında Güzelbahçe Bələdiyyəsində xüsusi reyd təşkil olunub. İl Jandarma Komutanlığının əməkdaşları həm bələdiyyə binasında, həm də şübhəlilərin yaşadığı ünvanlarda axtarış aparıblar.Prokurorluq bələdiyyə rəhbərliyinə qarşı irəli sürülən ittihamların ciddi sənədli əsaslara dayandığını açıqlayıb. Cinayət işi “cinayətkar dəstə yaratmaq”, “rüşvətxorluq”, “vəzifədən sui-istifadə”, “dövlətə maddi ziyan vurma” və “tikinti-şəhərsalma qanunvericiliyinin pozulması” maddələri üzrə başlanılıb.Əməliyyat nəticəsində Cümhuriyyət Xalq Partiyası (CHP) üzvü, hazırkı bələdiyyə sədri Mustafa Günay, keçmiş sədr Mustafa İnce, bələdiyyə sədrinin həyat yoldaşı və Memarlıq və Şəhərsalma şöbəsinin rəhbəri də daxil olmaqla ən azı beş nəfər saxlanılıb. Jandarmada ilkin dindirilmə və tibbi yoxlamadan sonra şübhəlilər məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə bələdiyyə sədri Mustafa Günay və Memarlıq şöbəsinin müdiri Özgür Bayraktar həbs edilərək cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Saxlanılan digər üç nəfər, o cümlədən keçmiş sədr məhkəmə nəzarəti və xariçə çıxış qadağası şərtilə azadlığa buraxılıb. İstintaq davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Paraplanla narkotik daşıyanlar ifşa olundu

Next Article

Azad edilmiş ərazilərdə Qurban bayramı sədaları

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xarici saytlara kiberhücum edən iki gənc saxlanılıb

Aysel Əlibəyli 08 Avqust 2026 · 14:58 1038 baxış DİN-dən kiberəməliyyat: 2400-dən çox xarici veb-saytın serverlərinə müdaxilə edən iki gənc tutulub Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində […]

“Doğma Cəbrayıla Qayıdış Böyük Xoşbəxtlikdir”

Elşən 25 May 2026 · 08:36 1148 baxış Cəbrayıl rayonundan məcburi köçkün düşəndə cəmi 17 yaşı var idi. İllərlə doğma yurd həsrəti ilə yaşayan Ruhiyə Yadigarova bu gün, artıq 50 yaşına çatdığı bir vaxtda, böyük […]