--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“AzerGold” 10 illiyini Fəxri və Şəhidlər xiyabanlarını ziyarətlə qeyd etdi

Aysel Əlibəyli 05 İyul 2026 · 11:21 1106 baxış

“AzerGold” QSC fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə anım tədbiri keçirib.

Elpress.az xəbər verir ki, Şirkətin, eləcə də onun törəmə müəssisələri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbər heyəti əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb. Daha sonra akademik Zərifə Əliyevanın məzarı ziyarət olunaraq xatirəsi anılıb.

Tədbir Şəhidlər xiyabanında davam edib. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilən “AzerGold” QSC 5 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Dövlət şirkəti ötən 10 il ərzində faydalı qazıntı yataqlarının kəşfiyyatı, qiymətli metalların hasilatı və satışı istiqamətində fəaliyyət göstərərək ölkənin iqtisadi və sosial inkişafına töhfə verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Trampdan qalmaqallı bəyanat: “Hamısını məhv edə bilərik”

Next Article

Sabirabadda avtomobil piyadanın həyatına son qoydu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xaricdə gizlənən axtarışdakı şəxslər saxlanıldı

Elşən 29 Aprel 2026 · 11:04 1134 baxış Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yerləşdikləri ölkələr müəyyən edilib. Bildirilib ki, dələduzluq ittihamı ilə axtarılan şəxslərdən Binəqədi RPİ tərəfindən […]

Sabah Bakıda yağış yağacaq

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:28 1056 baxış Sentyabrın 10-da paytaxtda fasilələrlə yağış və şimşək gözlənilir Elpress.az xəbər verir ki, Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində arabir […]

Küçədə və parkda siqaret çəkmək olarmı?

Aysel Əlibəyli 30 İyun 2026 · 18:23 1136 baxış Siqaret istifadəsi ilə bağlı qanunvericilikdə müəyyən edilən məhdudiyyətlər vətəndaşlar arasında tez-tez suallar yaradır. Xüsusilə açıq məkanlarda — küçə və parklarda tütün məmulatlarından istifadənin mümkün olub-olmaması maraq […]

İyul ayının pensiyaları ödənildi

Aysel Əlibəyli 23 İyul 2026 · 13:50 1074 baxış Respublika üzrə iyul ayının pensiya ödənişləri tam yekunlaşıb Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, respublika üzrə iyul ayının pensiya ödənişləri […]