--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Prezidentdən daşınmaz əmlakla bağlı Fərman

Aysel Əlibəyli 28 Oktyabr 2026 · 17:45 1018 baxış

Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnaməni təsdiq edib.

Elpress.az xəbər verir ki, bununla bağlı dövlət başçısı oktyabrın 28-də Fərman imzalayıb.

Sənədə əsasən, sistemin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operator funksiyalarını isə onun tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi həyata keçirəcək.

Fərmana görə, İqtisadiyyat Nazirliyi 18 ay müddətində müvafiq qurumların informasiya ehtiyatlarında saxlanılan sənəd və məlumatların sistemə daxil edilməsini, eləcə də torpaqların elektron kadastr uçotu informasiya sistemindəki məlumatların yeni sistemə köçürülməsini təmin etməlidir.

Bundan başqa, DERKİS-in “Hökumət buludu”nda yerləşdirilməsi, təkmilləşdirilməsi və müvafiq dövlət informasiya reyestrlərinə daxil edilməsi üçün zəruri tədbirlər görüləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də aidiyyəti qurumlarla birlikdə məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürülməsini təmin etmək üçün tədbirlər görməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə yad edilib

Next Article

Bestcomp Group CISCO-nun regional mükafatını qazanan iki şirkətdən biri olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rumıniyadan Rusiyaya sərt addım: Baş konsulluq bağlanır

Aysel Əlibəyli 29 May 2026 · 17:42 1236 baxış Rumıniya hökuməti Rusiyanın Konstansa şəhərində fəaliyyət göstərən Baş Konsulluğunu bağlamaq və baş konsulu “persona non grata” elan etmək qərarı verib. ELPRESS.az Azərtac-a istinadən verdiyi məlumata görə, […]

Üç rayona yeni icra başçısı təyin edildi

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 18:55 1088 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamları ilə Qaradağ, Naftalan və Gədəbəy üzrə yeni icra başçıları müəyyənləşdirilib. Sərəncama əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri […]