--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə yad edilib

Aysel Əlibəyli 28 Oktyabr 2026 · 15:12 1092 baxış

Çexiyanın paytaxtı Praqada dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Sonetlər sevginin sinonimləridir” adlı musiqi-poeziya gecəsi keçirilib.

Lapidarium Qalereyasında təşkil olunan tədbirdə Maqomayevə həsr edilmiş soneti Çexiyadakı “Natəvan” Cəmiyyətinin və Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şairə Leyla Begim Cəfərova səsləndirib. Həmin əsər sənətkarın 75 illik yubileyi münasibətilə Düsseldorf və Bakıda keçirilən tədbirlərdə də təqdim olunub.

Gecənin musiqi proqramında beynəlxalq Antonin Dvorjak və Avropa Qustav Mahler mükafatlarının laureatı, skripkaçı Aleksandr Şonert çıxış edib. Onun “Melodiya” əsərini skripkada ifa etməsi tədbirin yaddaqalan məqamlarından biri olub. Natalya Şonert fortepiano ifaları ilə musiqi proqramına töhfə verib.

Tədbirdə jurnalist və yazıçı Boris Qoldberq, eləcə də aktrisa və şair Nataliya Volkova da öz sonetlərindən parçalar təqdim ediblər.

Poeziya və klassik musiqinin bir araya gəldiyi gecə Müslüm Maqomayevin sənət irsinə ehtiramın ifadəsi olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avropa Şurasının rəsmisi Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdi

Next Article

Prezidentdən daşınmaz əmlakla bağlı Fərman

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Adilə Əliyeva Parisdə platin medala layiq görüldü

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 20:36 1016 baxış Azərbaycanın Əməkdar artisti, pianoçu Adilə Əliyeva Fransada nüfuzlu mükafatla təltif olunub. Elpress.az xəbər verir ki, sənətçi Fransanın İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyətinin diplom və […]

Seymur Nəsirovun Bakıda görüşləri ərəb mediasında

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 17:06 1086 baxış Misirdə yaşayan azərbaycanlı alim və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirovun Bakıda keçirdiyi görüşlər ərəb mediasının diqqətini cəlb edib. Elpress.az xəbər verir ki, Seymur Nəsirov Misirin […]

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1273 baxış Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın […]

Almaniyada azərbaycanlı boksçulardan iki qələbə

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 20:55 1078 baxış Almaniyada keçirilən həvəskar boks turnirində “Odlar Yurdu” klubunun iki idmançısı rəqiblərini məğlub edib. Elpress.az xəbər verir ki, Saksoniya-Anhalt əyalətində, “Aşersleben” Boks Klubunun təşkilatçılığı ilə baş tutan […]